Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Vəftizdən sonra nə etməliyəm? Hissə 1. Dayanma

Vəftizdən sonra nə etməliyəm? Hissə 1. Dayanma

 Ev və maşın kimi bahalı əmlaka yaxşı qulluq tələb olunur. Eyni şeyi Allahla dostluq barədə də demək olar. Vəftizdən sonra bu dəyərli münasibətləri necə qoruyub saxlayacaqsan?

Bu məqalədə

 Allahın Kəlamını araşdırmağa davam et

 Əsas ayə: «Hər bir yaxşı işdə bəhrə [gətir] və get-gedə Allahı yaxından [tanı]» (Koloslulara 1:10).

 Mənası. Vəftizdən sonra da Müqəddəs Kitabı müntəzəm oxuyub öyrəndiklərin üzərində düşünməlisən (Zəbur 25:4; 119:97).

 Çətinlik. Bəzən buna həvəsin olmayacaq. Hətta səndə belə fikir yarana bilər ki, səndən araşdıran çıxmaz.

 Nə edə bilərsən? Sənə maraqlı olan Müqəddəs Kitab mövzularını daha dərindən araşdır. Yaxşı düşünülmüş mütaliə proqramın olsa, onda bu sənə yük kimi görünməyəcək. Sənin məqsədin Yehovaya və Onun Kəlamına sevgini artırmaq olmalıdır. Bu cür mütaliə həm faydalı, həm də maraqlı olacaq (Zəbur 16:11).

 Məsləhət. Mütaliədən tam faydalanmaq üçün fikrinin yayınmayacağı sakit bir yer tapmağa çalış.

 Əlavə kömək lazımdır?

 Dua etməyə davam et

 Əsas ayə: «Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin» (Filippililərə 4:6).

 Mənası. Allahla ünsiyyət özünə qulaq asmağı və danışmağı daxil edir: Onun Kəlamını oxuyanda sən Ona qulaq asırsan, dua edəndə isə Onunla danışırsan. Duada Allaha həm xahişlərini deyə, həm də Ondan aldığın nemətlərə görə minnətdarlığını bildirə bilərsən.

 Çətinlik. Hərdən hiss edə bilərsən ki, duaların mexanikidir. Bu zaman səndə Yehovanın dualarına qulaq asdığına və ya ümumiyyətlə qulaq asmaq istədiyinə şübhə yarana bilər (Zəbur 10:1).

 Nə edə bilərsən? Gün ərzində dua edə biləcəyin şeylər barədə düşün. Əgər hal-hazırda hansısa məsələ barədə yaxşıca dua etmək imkanın yoxdursa, onu yadda saxla və günün başqa vaxtında bu barədə dua et. Yalnız özün üçün yox, başqaları üçün də dua et (Filippililərə 2:4).

 Məsləhət. Duaların sənə mexaniki gəlirsə, bu barədə Yehovaya dua et. O, bütün narahatçılıqlarına, o cümlədən dualarınla bağlı narahatçılıqlarına qulaq asmağa hazırdır (1 Yəhya 5:14).

 Əlavə kömək lazımdır?

 Təbliğ etməyə davam et

 Əsas ayə: «Özünə və verdiyin təlimə həmişə diqqət yetir... Çünki bu yolla həm özünü, həm də sənə qulaq asanları xilas edəcəksən» (1 Timutiyə 4:16).

 Mənası. İmanını başqaları ilə bölüşəndə sənin də imanın möhkəmlənir. Nəticədə, sən həm öz həyatını, həm də səni dinləyənlərin həyatını xilas edə bilərsən.

 Çətinlik. Bəzən təbliğ etməyə həvəsin olmayacaq. Hətta səndə qorxu da yarana bilər, xüsusilə məktəbdə.

 Nə edə bilərsən? Qoyma ki, qorxu kimi mənfi hisslər sənə hakim kəsilsin və qərarlarına təsir etsin. Həvari Bulus yazmışdı: «Müjdəni... könülsüz [təbliğ] etsəm də, mənə həvalə edilmiş nökərbaşı vəzifəsini yerinə yetirirəm» (1 Korinflilərə 9:16, 17).

 Məsləhət. Valideynlərinin icazəsi ilə dindaşlarının arasından sənə kömək edəcək və xidmətdə yaxşı nümunə olacaq məsləhətçi tap (Məsəllər 27:17).

 Əlavə kömək lazımdır?

 İbadət görüşlərinə getməyə davam et

 Əsas ayə: «Gəlin bir-birimizə qarşı diqqətli olub bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq edək,.. yığıncaqlarımızdan qalmayaq» (İbranilərə 10:24, 25).

 Mənası. Yığıncaq görüşlərinə getməkdə əsas məqsədimiz Yehovaya ibadətdir. Amma yığıncaqlara getməyin başqa iki xeyri də var. Birincisi, dindaşların vasitəsilə özün ruhlanırsan. İkincisi, yığıncaqda tam iştirak edəndə sən başqalarını ruhlandırırsan (Romalılara 1:11, 12).

 Çətinlik. Bəzən yığıncaq vaxtı fikrin başqa yerdə olduğu üçün verilən dəyərli məsləhətlər və göstərişlər səndən yan keçə bilər. Bəzən isə ev tapşırıqları və digər səbəblərə görə ibadət görüşlərini buraxmağa başlaya bilərsən.

 Nə edə bilərsən? Həm dərslərinə ciddi yanaş, həm də bütün görüşlərdə iştirak etməyi və onlardan maksimum yararlanmağı qarşına məqsəd qoy. Görüşlərdə əlini qaldırıb şərh ver. Görüşdən sonra ən azı bir nəfəri çıxışına və ya şərhinə görə təriflə.

 Məsləhət. Hər görüşə hazırlaş. Bunun üçün «JW Library»® tətbiqini yüklə və «İbadət görüşləri» bölməsinə daxil ol.

 Əlavə kömək lazımdır?