Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Xarici görünüşümə çoxmu aludəyəm?

Xarici görünüşümə çoxmu aludəyəm?

 Test: Xarici görünüşümə aludəyəmmi?

  1.   Bu variantlardan hansı sənə aiddir?

    •  Mən heç vaxt xarici görünüşümdən razı deyiləm.

    •  Xarici görünüşümdən bəzən razıyam.

    •  Xarici görünüşümdən həmişə razıyam.

  2.   Xarici görünüşündə ən çox nəyi dəyişmək istəyərdin?

    •  Boyunu

    •  Çəkini

    •  Bədəninin formasını

    •  Saçını

    •  Dərinin rəngini

    •  Əzələnin ölçüsünü

    •  Başqa nəyisə

  3.   Cümləni tamamla.

     . . . kefim pozulur.

    •  Tərəziyə çıxanda

    •  Güzgüyə baxanda

    •  Özümü başqaları ilə (dostlarımla, modellərlə, kino ulduzları ilə) müqayisə edəndə

  4.   Cümləni tamamla

     Çəkimi ... ölçürəm.

    •  hər gün

    • hər həftə

    •  bir neçə həftədən-bir

  5.   Bunlardan hansı sənə aiddir?

    •  Xarici görünüşündən narazısan. «Hər dəfə özümə güzgüdə baxanda orada gonbul, iyrənc bədən quruluşlu insan görürəm. Arıqlamaq üçün ac-yalavac gəzirəm» (Serena).

    •  Xarici görünüşünə tarazlı yanaşırsan. «Görünüşümüzdən narazı olmaq üçün hər zaman nəsə tapılacaq, elə şeylər var ki, gərək onlarla barışasan. Dəyişə bilməyəcəyimiz şeylərə görə özümüzü üzmək ağılsızlıqdır» (Natanya).

 Müqəddəs Kitab bizə məsləhət görür: «Özünüz barədə lüzumundan çox düşünməyin» (Romalılara 12:3, İncil, 1993). İnsanın özü barəsində müəyyən dərəcədə düşünməyi normaldır, hətta lazımdır. Məhz buna görə biz dişlərimizi fırçalayır və şəxsi gigiyenamıza fikir veririk.

 Bəs əgər səndə xarici görünüşündən narazıçılıq tez-tez baş qaldırırsa, hətta artıq aludəçiliyə çevrilibsə, onda necə? Ola bilsin, sən fikirləşirsən...

 «Nəyə görə xarici görünüşümdən narazıyam?»

 Bunun bir neçə səbəbi ola bilər.

  •  Medianın təsiri. «Gənclər daima ekranlarda və jurnallarda ideal görünüşlü, aparıq obrazlar görürlər və onlarda elə təəssürat yaranır ki, onlar da həmişə belə görünməlidirlər. “Standartlardan” bir az kənara çıxan kimi özümüzün özümüzdən zəhləsi gedir!» (Kelli).

  •  Valideynlərin təsiri. «Mən fikir vermişəm ki, əgər analar öz xarici görünüşlərinə aludədirlərsə, qızları da çox vaxt onlara oxşayır. Bunu ata və oğul barədə də demək olar» (Rita).

  •  Özü haqda mənfi fikirdə olmaq. «Xarici görünüşlərinə aludə olanlar daima başqalarından kompliment eşitmək istəyirlər. Belələrinin yanında olmaq çox yorucudur!» (Cina).

 Səbəbindən asılı olmayaraq sən soruşa bilərsən...

 «Xarici görünüşümdə nəyisə dəyişməliyəmmi?»

 Gör sənin həmyaşıdların nə deyir.

 «Özündə bəyənmədiyin hər şeyi dəyişə bilməzsən, yaxşısı budur, öz qüsurlarınla barış. Onda, çox güman ki, başqaları da onlara fikir verməyəcək» (Rori).

 «Sağlam olmaq üçün əlindən gələni əsirgəmə. Sağlam olsan, necə var elə görünəcəksən. Əgər kimsə səni olduğun kimi qəbul etmirsə, deməli, o, sənin dostun deyil» (Olivia).

 Nəticə. Yaxşı görünməyin üçün əlindən gələni et. Geridə qalan şeylərə görə narahat olma. Xarici görünüşün haqda lüzumundan artıq düşünməyin təhlükəli ola bilər. (« Culianın hadisəsi»ni oxu.)

 Ancaq xarici görünüşünə tarazlı yanaşmaq sənə özünü olduğun kimi qəbul etməyə kömək edəcək. Erin də buna əmin oldu. O deyir: «Əlbəttə, mən də xarici görünüşümdən narazı idim, amma diqqət yetirdim ki, məndə yalnız fikrimi mənfi şeylərə cəmləyəndə bu cür hisslər yaranır. İndi müntəzəm olaraq idmanla məşğul olur və düzgün qidalanıram. Qalan şeylər isə təbii şəkildə öz yerini tutur».

 Ən gözəl dəyişiklik!

 Xarici görünüşünə tarazlı yanaşsan, özünü daha yaxşı hiss edəcəksən (hətta yaxşı görünəcəksən). Müqəddəs Kitab sənə bu işdə kömək edə bilər. Orda aşağıdakı amillərin üzərində işləmək məsləhət görülür.

  •  Məmnunluq hissi. «Gözün görməsi ürəyin istəməsindən yaxşıdır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər» (Vaiz 6:9).

  •  İdmana tarazlı münasibət. «Fiziki məşqin faydası bir o qədər də çox deyil» (1 Timoteyə 4:8).

  •  Daxili gözəllik. «İnsan zahirə, Rəbb isə ürəyə baxar» (1 Şamuel 16:7).

 «İnsanın özü barədə nə fikirləşdiyi onun üzündən oxunur. Əgər insan məmnun görünürsə, bu, avtomatik olaraq başqalarını ona cəlb edir» (Zara).

 «İnsanın gözəgəlimli olması dərhal diqqəti cəlb edir. Amma səni daha çox daxili gözəlliyinə və yaxşı xüsusiyyətlərinə görə yadda saxlayacaqlar» (Filisiya).

 Həmçinin Süleymanın məsəlləri 11:22; Koloslulara 3:10, 12; 1 Peter 3:3, 4 ayələrinə bax.