Kontentə keç

GƏNCLƏRİN SUALLARI

İbadət evindəki görüşlərdə nəyə görə iştirak etməliyəm?

İbadət evindəki görüşlərdə nəyə görə iştirak etməliyəm?

 Yehovanın Şahidləri həftədə iki dəfə ibadət evlərində görüşlər keçirir. Bu görüşlər necə keçir və orada iştirak etməyin sənə hansı faydası dəyə bilər?

 İbadət evində nələr olur?

 İbadət evində Müqəddəs Kitab təlimlərinə əsaslanan görüşlər keçirilir. Bu görüşlər növbəti sahələrdə sənə kömək edə bilər:

  •   Allah haqqında həqiqəti öyrənməyə.

  •   Bu gün baş verən hadisələrin səbəbini anlamağa.

  •   Daha yaxşı insan olmağa.

  •   Ən yaxşı dostlar tapmağa.

Nəyə görə iştirak etməlisən?

  Öyrəndiyin məlumatların sənə köməyi dəyəcək. Yehovanın Şahidlərinin görüşlərində müzakirə olunan Müqəddəs Kitab prinsipləri sənə «hikmət qazan»mağa kömək edəcək (Məsəllər 4:5). Yəni Müqəddəs Kitabın sayəsində həyatında düzgün qərarlar qəbul edə biləcəksən. Həmçinin həyati vacib suallara cavab tapacaqsan. Məsələn:

 Aşağıda həftəlik görüşlərimizdə söylənilən bəzi məruzələrin adları gətirilir:

  •   Nəyə görə Müqəddəs Kitabı əldə rəhbər tutmalıyıq?

  •   Narahat vaxtlarda köməyi haradan tapa bilərik?

  •   Allahın Padşahlığı bizim üçün indi nə edir?

 «Bir dəfə sinif yoldaşım ibadət görüşünə gəlmişdi. O, yanımızda oturdu və biz onunla kitablarımızı paylaşdıq. Daha sonra o, mənə dedi ki, müzakirə şəklində keçirilən hissədə verilən şərhlər onun çox xoşuna gəlib. O, həmçinin bildirdi ki, onun getdiyi kilsədə mövzular bizdəki kimi araşdırılmır» (Brenda).

 Bilirsiniz? İbadət evində yerlər pulsuzdur və gələnlərdən pul yığılmır.

 Ünsiyyət sizi ruhlandıracaq. Müqəddəs Kitabda deyilir ki, məsihilərin birlikdə yığışmalarının bir səbəbi bir-birlərini ruhlandırmaqdır (İbranilərə 10:24, 25). Allahı və başqalarını özlərindən üstün tutan insanlarla xoş ünsiyyət xudbinliyin geniş yayıldığı bu dünyada təravət mənbəyidir.

 «Yorğun bir günün sonunda özümü kefsiz və tükənmiş hiss edirəm. Amma ibadət evindəki insanların əhatəsində əhvalım yaxşılaşır. Görüşdən evə qayıdanda sevincli oluram və özümü növbəti günün öhdəsindən gəlməyə hazır hiss edirəm» (Eliza).

 Bilirsiniz? Bütün dünyada Yehovanın Şahidlərinin 120000-dən çox yığıncağı var. Bu yığıncaqlar 60000-dən çox yerdə keçirilir. Artan iştirakçıları yerləşdirmək üçün hər il orta hesabla təxminən 1500 ibadət evi tikilir a.

a Yaxınlıqda keçirilən ibadət görüşlərinin keçirildiyi ünvanı öyrənmək üçün «Yehovanın Şahidlərinin ibadət görüşləri» səhifəsindən «Sizə yaxın olan yeri tapın» bölməsinə daxil olun.