Kontentə keç

Mündəricatı göstər

Müqəddəs Kitabın mütaliə cədvəli

Müqəddəs Kitabın mütaliə cədvəli

Müqəddəs Kitab həyat üçün ən yaxşı məsləhətlər toplusudur. Əgər siz onu müntəzəm oxuyub, üzərində düşünüb və öyrəndiklərinizi həyatınızda tədbiq etsəniz, onda hər işiniz avand olar (Yuşə 1:8; Zəbur 1:1—3). Siz həmçinin Allahı, onun elçisi İsa Məsihi tanıyacaqsınız və bu bilik sizi xilasa aparacaq (Yəhya 17:3).

Müqəddəs Kitab bölmələrini hansı qaydada oxumaq lazımdır? Sizin seçimləriniz var. Müqəddəs Yazıları oxumaq üçün cədvəl sizə Müqəddəs Kitab bölmələrini ardıcıl şəkildə və ya mövzu üzrə oxumağa kömək edəcək. Misal üçün, siz Allahın qədim İsrail xalqı ilə münasibətinə tarixi nəzər salmaq istəsəniz, müəyyən hissələri seçib oxuya bilərsiniz. İlk məsihi yığıncağının necə yarandığını və inkişaf etdiyini öyrənmək üçün isə başqa hissələri oxuya bilərsiniz. Əgər hər gün təklif olunan fəsilləri oxusanız, Müqəddəs Kitabı bir ilə oxuyub bitirə bilərsiniz.

Əgər sizə Müqəddəs Kitab mütaliəsinin gündəlik cədvəli, Müqəddəs Kitab mütaliəsinin illik cədvəli və ya Müqəddəs Kitab mütaliəsinə yeni başlayanlar üçün cədvəl lazımdırsa, bu cədvəl sizə kömək edəcək. Müqəddəs Kitabın mütaliə cədvəlini yükləyin və oxumağa bu gündən başlayın.