Kontentə keç

Hansısa bir dinin üzvü olmaq şərtdir?

Hansısa bir dinin üzvü olmaq şərtdir?

Müqəddəs Yazıların cavabı

 Bəli. Allah istəyir ki, insanlar birgə yığışıb Ona ibadət etsinlər. Müqəddəs Kitabda deyilir: «Gəlin bir-birimizə qarşı diqqətli olub bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq edək,.. yığıncaqlarımızdan qalmayaq» (İbranilərə 10:24, 25).

 «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» — deməklə İsa Məsih bildirdi ki, onun davamçıları bir qrup şəklində təşkil olunacaq (Yəhya 13:35). Məsihin şagirdləri arasında olan məhəbbət onların bir-birləri ilə sıx münasibətlərindən görünməli idi. Onlar Allaha müntəzəm ibadət etmək üçün yığıncaqlar təşkil etməli idilər (1 Korinflilərə 16:19). Bütün yığıncaqlar birlikdə beynəlxalq qardaşlığı təşkil etməli idi (1 Butrus 2:17).

Hər hansı bir dinin üzvü olmaq kifayət deyil

 Müqəddəs Kitabda insanların Allaha birgə ibadət etməli olduqlarından danışılır. Bu o demək deyil ki, Müqəddəs Kitab insanın hər hansı bir dinin üzvü olması ilə Allahı razı sala biləcəyini öyrədir. Allahı razı salmaq üçün insanın dini gündəlik həyatına təsir etməlidir. Məsələn, Müqəddəs Kitabda deyilir: «Atamız Allahın qarşısında pak və qüsursuz dindarlıq budur: çətinliklərlə üzləşən yetimlərə və dul qadınlara qayğı göstərəsən və özünü bu dünyada ləkəsiz saxlayasan» (Yaqub 1:27).