Kontentə keç

Mündəricatı göstər

Planetimizi kim xilas edəcək?

Planetimizi kim xilas edəcək?

 İnsanların Yer planetinə və onun flora və faunasına vurduğu zərər çoxlarını narahat edir. Ətraf mühit üzrə bəzi mütəxəssislərin fikrincə, insan fəaliyyəti nəsli kəsilmək üzrə olan bioloji növlərin mövcudluğuna heç vaxt olmadığı qədər təhlükə yaradır və planetin bioloji müxtəlifliyinə ziyan vurur.

 İnsanlar planetimizi məhv edəcək? Yoxsa elə bir gün gələcək ki, insanlar təbiətlə harmoniyada yaşayacaq?

İnsanların cəhdləri nəticə verəcək?

 Bir çox mütəxəssislər əmindir ki, insanlar Yer planetini mühafizə etməyə və təbiətlə harmoniyada yaşamağa qadirdir. Bəzi alimlər hesab edir ki, insan cəhdlərinin nəticə verməsi üçün dəyişikliklər bir neçə sahədə və eyni zamanda baş verməlidir. Bu dəyişikliklərə daxildir:

  •   Torpaqların, meşələrin, bataqlıqların və okeanların idarə üsullarının təkmilləşdirilməsi.

  •   Fərqli kənd təsərrüfatı üsullarından və alternativ enerji mənbələrindən istifadə.

  •   Bitki mənşəli ərzaq məhsullarının üstünlük təşkil etdiyi qidalanma sisteminə keçid, ət və balıq məhsullarından istifadənin məhdudlaşdırılması, eləcə də istehlakın və israfçılığın azaldılması.

  •   Yüksək həyat keyfiyyətinin külli miqdarda maddi şeylərdən asılı olmadığını qəbul etmək.

 Necə düşünürsünüz, hökumətlərin, şirkətlərin və ayrı-ayrı insanların dünya miqyasında bu məsələlərdə əməkdaşlıq edəcəyini gözləmək realdır? Yoxsa dərin kök salmış tamahkarlıq, xudbinlik və dardüşüncəlilik buna mane olacaq? (2 Timutiyə 3:1—5).

Əsaslı ümid

 Müqəddəs Kitab bizi əmin edir ki, planetimizin gələcəyi etibarlı əllərdədir. Orada izah olunur ki, nəyə görə planetimizin xilası üçün yalnız insan cəhdləri kifayət deyil və əslində hansı dəyişikliklər edilməlidir. Orada həmçinin bu dəyişikliklərin necə baş verəcəyi barədə yazılıb.

 Nəyə görə planetimizin xilası üçün yalnız insan cəhdləri kifayət deyil? Yehova a Allah Yer kürəsini yaratmış və ona qulluq etməyi insanlara tapşırmışdı (Yaradılış 1:28; 2:15). Onlar yalnız rəhbərlik üçün Allaha üz tutduqları və Onun göstərişlərinə riayət etdikləri təqdirdə bu tapşırığın öhdəsindən uğurla gələ bilərdilər (Məsəllər 20:24). Amma onlar Yehovadan üz döndərdilər və öz niyyətlərinin dalınca düşdülər (Vaiz 7:29). Yehovasız insanlar Yer kürəsinə düzgün qulluq edə bilməzlər və onların istənilən cəhdləri ən yaxşı halda cüzi xeyir verəcək (Məsəllər 21:30; Ərəmya 10:23).

 Hansı dəyişikliklər edilməlidir? Allah insanların yer üzünü məhv etməsinin qarşısını almaq niyyətindədir (Vəhy 11:18). O, planetə ziyan vuran hökumətlərdə və insan cəmiyyətində islahatlar aparmayacaq, onları yenisi ilə əvəz edəcək (Vəhy 21:1). Bu səbəbdən Yehova bəyan edir: «Budur, Mən hər şeyi təzə edirəm» (Vəhy 21:5).

 Bu dəyişikliklər necə ediləcək? Yehova insan hökumətlərini Öz səmavi hökuməti ilə əvəz edəcək. Allahın Padşahlığı adlanan bu hökumət İsa Məsihin rəhbərliyi altında yer üzərindəki işləri idarə edəcək (Dənyal 2:44; Mətta 6:10).

 Allahın Padşahlığı insanlara Allahın saleh normaları ilə yaşamağı öyrədəcək. İnsanlar Yaradanlarını tanıyanda və Onun rəhbərliyinə əməl edəndə təbiətlə harmoniyada yaşayacaq (Əşiya 11:9). Müqəddəs Kitabda həmçinin deyilir ki, Allahın hökumətinin rəhbərliyi altında insanlar planetə ziyan vurmayan yüksək keyfiyyətli həyatdan zövq alacaqlar. Bu hökumət növbəti işləri görəcək:

 Siz tam əmin ola bilərsiniz ki, Allahın Padşahlığı tezliklə bütün bu dəyişiklikləri edəcək. Əlavə məlumat üçün «Allahın Padşahlığı yer üzünü nə zaman idarə edəcək?» adlı məqaləyə baxın.

a «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18).