Zəbur 72:1—20

  • Allahın qoyduğu padşahın dinc hökmranlığı

    • «Saleh adam çiçəklənəcək» (7)

    • Səltənəti dənizdən-dənizə uzanacaq (8)

    • İnsanları zorakılıqdan qurtaracaq (14)

    • Yerdə çörək bol olacaq (16)

    • Qoy adı daim yaşasın (17)

Süleyman barədə. 72  Ey Allah, padşaha hökmlərini öyrət,Padşah oğluna ədalətindən pay ver.+   Qoy xalqının işinə insafla baxsın,Məzlumlarına adil hökm çıxarsın.+   Qoy dağlar xalqa sülh gətirsin,Təpələr salehlik gətirsin.   Qoy padşah xalqın fağırlarının işinə baxsın,Kasıb-küsubun balasını qorusun,Qəsbkarı isə əzib-tapdalasın.+   Günəş var olduqca,Ay yerində durduqca,Nəsillər boyunca Səndən qorxacaqlar.+   Padşah biçilmiş çəmənə yağan yağış kimi,Torpağı sulayan bərəkətli yağmur kimi olacaq.+   Onun dövründə saleh adam çiçəklənəcək,+Ay durduqca hər yanda sülh olacaq.+   Səltənəti dənizdən-dənizə,Çaydan* tutmuş ta dünyanın hüdudlarınadək uzanacaq.+   Səhraların məskunları ona təzim edəcək,Düşmənləri torpağı yalayacaq.+ 10  Tarşiş və ada padşahları xərac gətirəcək,+Səba və Siba padşahları bəxşiş verəcək.+ 11  Bütün padşahlar ona təzim edəcək,Bütün xalqlar qulluğunda duracaq. 12  O, imdad deyib çağıran fağırı,Məzlumu, biçarəni xilas edəcək. 13  O, fağır-füqəranın halına acıyacaq,Fəqirlərin canını xilas edəcək. 14  Canlarını zülmdən, zorakılıqdan qurtaracaq,Qanları onun gözündə dəyərli olacaq. 15  Yaşasın padşah! Səba qızılından ona pay verilsin,+Onun canına daim dua edilsin,Hər gün şəninə tərif deyilsin. 16  Yerdə çörək* bol olacaq,+Dağ başında zəmilər aşıb-daşacaq. Onun məhsulu Livan meşəsitək bol olacaq,+Şəhər camaatı ot-çiçək kimi göyərsin.+ 17  Qoy adı daim yaşasın,+Günəş var olduqca o da parlasın,Sayəsində insanlar xeyir-bərəkət tapsın,+Bütün xalqlar onu bəxtəvər çağırsın. 18  Alqış olsun, Yehova Allaha, İsrailin Allahına,+Heyrət doğuran işlərin yeganə Yaradanına!+ 19  Alqış olsun, daima Onun uca adına,+Calalı bütün yer üzünü bürüsün,+Amin! Amin! 20  Yəssə oğlu Davudun+ duaları burada bitir.

Haşiyələr

Fərat çayı.
Hərfən: taxıl.