Romalılara 13:1—14

  • Hökumətə tabeçilik (1—7)

    • Vergilərin ödənilməsi (6, 7)

  • Məhəbbət Qanunu icra edir (8—10)

  • Ədəb-ərkanla davranaq (11—14)

13  Qoy hər kəs hökumətə tabe olsun,+ çünki Allahın izni olmadan heç bir hökumət mövcud ola bilməz.+ Bu hökumətlər Allahın onlara ayırdığı yeri tuturlar.+  Bu səbəbdən hökumətə qarşı çıxan Allahın təsis etdiyi quruluşa qarşı çıxır, buna qarşı çıxanlar isə özlərini hökmə düçar edəcəklər.  Hakimlərdən yaxşı iş görənlər yox, pis iş görənlər qorxurlar.+ Hökumətdən qorxmamaq istəyirsən? Həmişə yaxşı iş gör,+ onda ondan tərif alarsan.  Çünki o, Allahın xidmətçisi kimi sənin xeyrin üçün çalışır. Lakin pis iş görürsənsə, özünü gözlə, çünki o, qılıncı əbəs yerə gəzdirmir. O, Allahın xidmətçisidir, pis iş görənlərin başına qəzəb yağdıran qisasçıdır*.  Beləliklə, siz yalnız bu qəzəbin qorxusundan yox, həmçinin vicdanınıza görə tabe olmalısınız.+  Vergiləri də bu səbəbdən ödəyirsiniz. Axı onlar Allahın xidmətçiləridir, insanlar üçün çalışırlar və daima bu məqsədə xidmət edirlər.  Beləcə, hər kəsə haqqını verin: vergidirsə — vergini,+ bacdırsa — bacı, qorxudursa — qorxunu,+ hörmətdirsə — hörməti.+  Bir-birinizə məhəbbətdən başqa borcunuz olmasın,+ çünki başqasını sevən qanunu icra etmiş olur.+  Axı «zina etmə,+ adam öldürmə,+ oğurluq etmə,+ başqasının malına tamah salma»+ və bu kimi digər əmrlərin məğzi budur: «Başqasını özünü sevdiyin kimi sev».+ 10  Sevən adam başqasına pislik etməz.+ Buna görə də məhəbbət qanunun icrası deməkdir.+ 11  Beləliklə, bu cür davranın, çünki hansı dövrdə yaşadığınızı və artıq yuxudan oyanmağın+ vaxtı gəldiyini bilirsiniz. Hal-hazırda xilasımız imana gəldiyimiz vaxtda olduğundan daha yaxındır. 12  Gecə keçir, gün yaxınlaşır. Gəlin zülmətin əməllərini əynimizdən çıxaraq+ və nurun yaraqlarını geyinək.+ 13  Gün işığında olduğu kimi, ədəb-ərkanla davranaq.+ Kef məclislərindən əl çəkək. Sərxoşluğa, əxlaqsızlığa, azğınlığa*,+ ixtilafa və paxıllığa qapılmayaq.+ 14  Beləliklə, Ağamız İsa Məsihdən+ örnək alın* və cismani istəkləri necə doyuzdurmağı düşünməyin.+

Haşiyələr

Yaxud pis iş görənləri cəzalandıran qisasçıdır.
Yaxud abırsızlığa. Yun. aselgeya. Lüğətdə «azğınlıq» sözünə bax.
Yaxud Məsihin şəxsiyyətinə bürünün.