Zəbur 98:1—9

  • Yehova xilaskardır, ədalətli hakimdir

    • Yehova qurtuluşunu izhar etdi (2, 3)

Məzmur. 98  Yehovanın şəninə yeni nəğmə oxuyun,+O, xariqələr yaratdı,+Sağ əli ilə, müqəddəs qolu ilə qurtuluş gətirdi.+   Yehova qurtuluşunu izhar etdi,+Ədalətini xalqların önündə nümayiş etdirdi.+   İsrail evinə vəd etdiyi məhəbbəti və sədaqəti yada saldı.+ Allahımızın verdiyi xilas dünyanın hüdudlarında aşkar oldu.+   Ey dünya, Yehovaya zəfər nidaları yüksəlt,Şadlan, haray sal, Allahın şəninə nəğmələr söylə.+   Yehovanı çəngdə tərənnüm et,Çəngdə, gözəl hava ilə.   Kərənay, şeypur səsləri altında+Padşah Yehovanın önündə zəfər harayı ucalt.   Qoy dəniz, onun içindəkilər,Yer üzü, onun sakinləri gurlasın.   Qoy çaylar əl çalsın,Dağlar birgə sevinc harayı salsın+   Yehovanın önündə, çünki O, dünyanı mühakimə etməyə gəlir. Dünyanı ədalətlə,Xalqları insafla mühakimə edəcək.+

Haşiyələr