Yəhyaya nazil olmuş vəhy 11:1—19

  • İki şahid (1—13)

    • Əyinlərində çul 1260 gün ərzində peyğəmbərlik edəcəklər (3)

    • Onları öldürəcəklər, dəfn etməyəcəklər (7—10)

    • Üç gün yarımdan sonra həyata qayıdacaqlar (11, 12)

  • İkinci bəla keçdi, üçüncü bəla gəlir (14)

  • Yeddinci kərənay çalınır (15—19)

    • Rəbbimizin və Onun Məsihinin Padşahlığı (15)

    • Yeri tələf edənlər tələf ediləcəklər (18)

11  Mənə çomağa bənzər bir qamış çubuq+ verildi və deyildi: «Dur, Allahın məbədini, qurbangahı və orada ibadət edənləri ölç.  Lakin məbədin həyətini ölçmə, qoy qalsın, çünki o, digər xalqlara verilib. Müqəddəs şəhər+ 42 ay ərzində+ onların tapdağı altında qalacaq.  Mən iki şahidimi göndərəcəyəm və onlar əyinlərinə çul geyib 1260 gün peyğəmbərlik edəcəklər».  Onlar iki zeytun ağacı+ və iki çıraqdanla+ təmsil olunur və dünyanın Rəbbi önündə dururlar.+  Bu iki şahidə zərər vurmaq istəyən düşməni onların ağzından çıxan alov tələf edəcək. Onlara zərər vurmaq istəyən beləcə öldürüləcək.  Peyğəmbərlik etdikləri müddətdə yağış yağmasın deyə,+ onların göyü qapamaq+ ixtiyarı var. Bundan əlavə, onlar suyu qana çevirmək,+ yer üzünü istədikləri vaxt hər cür bəlaya düçar etmək səlahiyyətinə də malikdirlər.  Onlar şəhadət edib qurtarandan sonra dibsiz quyudan çıxan vəhşi heyvan onlarla vuruşacaq və onları məğlub edib öldürəcək.+  Onların cəsədi rəmzi mənada Sədum və Misir adlanan böyük şəhərin baş küçəsində qalacaq. Onların Ağası da orada dirək üzərində edam edilmişdi.  Bütün ümmətlərə, tayfalara, dillərə və xalqlara mənsub adamlar üç gün yarım+ onların cəsədinə baxacaq və dəfn etməyə izin verməyəcəklər. 10  Yer üzünün sakinləri onların ölümünə sevinib-şadlanacaq və bir-birinə hədiyyələr göndərəcəklər, çünki bu iki peyğəmbər yer üzündə yaşayanlara əzab verirdi. 11  Üç gün yarım keçəndən sonra Allahdan gələn həyat ruhu onların içinə girdi+ və onlar ayağa durdular. Bunu görənləri dəhşət bürüdü. 12  Bu iki peyğəmbər göydən gur səs eşitdi. Səs onlara dedi: «Bura qalxın». Onlar düşmənlərin gözü qabağında buludun içində göyə qalxdılar. 13  Bu dəm güclü bir zəlzələ oldu və şəhərin onda bir hissəsi dağıldı. Zəlzələdə 7000 adam həlak oldu, qalanları isə qorxub göylərin Allahını mədh etdi. 14  İkinci bəla+ keçdi. Üçüncü bəla sürətlə yaxınlaşır. 15  Yeddinci mələk kərənayını çaldı.+ Bu zaman göydə gur səslər eşidildi: «Dünya üzərində padşahlıq indi Rəbbimizə+ və Onun Məsihinə məxsusdur.+ Rəbbimiz əbədiyyət boyu padşahlıq edəcək!»+ 16  Allahın hüzurunda taxtlarda oturan iyirmi dörd ağsaqqal üzüstə qapanıb Allaha səcdə etdi+ 17  dedi: «Ey Var Olan,+ Var Olmuş, ey Yehova Allah, Qüdrət Sahibi, Sənə şükürlər olsun! Çünki Sən böyük gücünə qurşanıb padşahlıq etməyə başladın.+ 18  Lakin xalqlar qəzəbləndi, Sənin də qəzəbin coşdu və ölüləri mühakimə etmək, qulun peyğəmbərləri,+ müqəddəsləri, adından qorxanları, kiçikləri və böyükləri mükafatlandırmaq+, yeri tələf edənləri tələf etməyin vaxtı gəldi».+ 19  Göydə Allahın məbədi açıldı və orada Onun Əhd sandığı göründü.+ Bu dəm şimşəklər çaxdı, göy guruldadı, səslər eşidildi, zəlzələ oldu və güclü dolu yağdı.

Haşiyələr