Kontentə keç

Mündəricatı göstər

Solda: Yasser Qudaih/Anadolu via Getty Images; sağda: RONALDO SCHEMIDT/AFP via Getty Images

OYAQ QALIN!

Münaqişələrə nə vaxt son qoyulacaq? Müqəddəs Kitabda bu barədə nə deyilir?

Münaqişələrə nə vaxt son qoyulacaq? Müqəddəs Kitabda bu barədə nə deyilir?

 Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş şənbə günü 13 aprel 2024-cü ildə İranın İsrailə birbaşa hücumu haqda deyib: «İndi vəziyyəti sakitləşdirmək və gərginliyi azaltmaq vaxtıdır. İndi olduqca təmkinli davranmağın zamanıdır».

 Yaxın Şərqdəki bu münaqişə dünyada baş verən münaqişələrdən sadəcə biridir.

 «Hal-hazırda dünyada şiddətli münaqişələrin sayı İkinci Dünya müharibəsindən bəri ən yüksək həddə çatıb. Bu münaqişələr dünya əhalisinin dörddə birinin, yəni 2 milyard insanın həyatına təsir edir» (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, 26 yanvar 2023-cü il).

 Şiddətli münaqişələrin baş verdiyi ərazilərə İsrail, Qəzzə, Suriya, Azərbaycan, Ukrayna, Sudan, Efiopiya, Niger, Myanma və Haiti kimi dövlətlər daxildir a.

 Münaqişələrə nə vaxt son qoyulacaq? Dünya liderləri sülhə nail ola biləcəklər? Müqəddəs Kitabda bu barədə nə deyilir?

Müharibələrin içində boğulan dünya

 Bu gün dünyada baş verən münaqişələr göstərir ki, tezliklə bütün müharibələrə son qoyulacaq. Bu müharibələr yaşadığımız dövrlə bağlı Müqəddəs Kitabda yazılmış peyğəmbərliyin yerinə yetdiyini sübut edir. Müqəddəs Kitabda bu zəmanə «dövrün yekunu» adlanır (Mətta 24:3).

  •    «Siz müharibə səsləri, müharibə xəbərləri eşidəcəksiniz... Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq» (Mətta 24:6, 7).

 «Axırzamanda yaşayırıq?» məqaləsini oxuyun və Müqəddəs Kitabda müharibələrlə bağlı yazılmış peyğəmbərliyin necə yerinə yetdiyi barədə öyrənin.

Bütün müharibələrə son qoyacaq müharibə

 Müqəddəs Kitabda yazılıb ki, bütün münaqişələrə son qoyulacaq. Bu necə baş verəcək? Bu, insan gücü ilə yox, Armageddon müharibəsi, yəni «Qadir Allahın böyük günündə olacaq müharibə» vasitəsilə baş verəcək (Vəhy 16:14, 16). Həmin müharibə Allahın bəşəriyyətə bəxş edəcəyi əbədi sülhə yol açacaq (Zəbur 37:10, 11, 29).

 «Armageddon müharibəsi nədir?» adlı məqaləni oxuyun. Bu məqalədən Allahın bütün müharibələrə son qoyacağı müharibə barədə öyrənə bilərsiniz.

a ACLED Müharibə İndeksi, «Dünyada baş verən şiddətli münaqişələrin reytinqi», yanvar 2024.