Kontentə keç

Mündəricatı göstər

Maremagnum/Corbis Documentary via Getty Images

OYAQ QALIN!

Armageddon İsraildən başlayacaq? Müqəddəs Kitabda bu barədə nə deyilir?

Armageddon İsraildən başlayacaq? Müqəddəs Kitabda bu barədə nə deyilir?

 Müqəddəs Kitabda Armageddon yalnız bir ərazidə baş verəcək müharibə kimi deyil, bütün insan hökumətləri ilə Allah arasında olacaq ümumbəşər müharibə kimi təsvir olunur.

  •    «Bu vəhylər cin vəhyləridir… Onlar yer üzünün padşahlarının yanına gedib onları Qadir Allahın böyük günündə olacaq müharibəyə toplayırlar… Onlar padşahları ibranicə Armageddon adlanan yerə topladılar» (Vəhy 16:14, 16).

 «Armageddon» sözü ibranicə Har Megiddon sözündən yaranıb və mənası «Megiddo dağı» deməkdir. Megiddo qədim İsrail ərazisində şəhər idi. Bu səbəbdən bəzi insanlar düşünür ki, Armageddon İsraildə olacaq. Amma bütün «yer üzünün padşahları» və onların orduları Megiddo və ya Yaxın Şərqin hər hansı bir ərazisində yerləşməzlər.

 Vəhy kitabı «rəmzlərlə» və ya simvolik dillə qələmə alınıb (Vəhy 1:1). Armageddon deyiləndə konkret hansısa bir ərazi yox, dünya hökumətlərinin sonuncu dəfə Allahın hakimiyyətinə qarşı çıxacaqları bir vəziyyət nəzərdə tutulur (Vəhy 19:11—16, 19—21).