Yəhyaya nazil olmuş vəhy 16:1—21

  • Allahın qəzəbi ilə dolu yeddi cam (1—21)

    • Qəzəblə dolu camlar yerə (2), dənizə (3), çaylara və bulaqlara (4—7), günəşin üzərinə (8, 9), vəhşi heyvanın taxtına (10, 11), Fərat çayına (12—16), havaya boşaldılır (17—21)

    • Allahın Armagedondakı müharibəsi (14, 16)

16  Müqəddəs məkandan gur bir səs+ yeddi mələyə dedi: «Gedin, Allahın qəzəbi ilə dolu yeddi camı yerin üzərinə boşaldın».+  Birinci mələk gedib camını yerin üzərinə boşaltdı.+ Üzərlərində vəhşi heyvanın nişanı olanların+ və onun surətinə sitayiş edənlərin+ bədənlərində bədxassəli, ağrıyan yaralar əmələ gəldi.+  İkinci mələk camını dənizə boşaltdı.+ Dəniz qana çevrildi.+ Su ölü qanı kimi oldu və dənizdə+ yaşayan bütün canlılar tələf oldu.  Üçüncü mələk camını çaylara və bulaqlara+ boşaltdı. Bu sular da qana çevrildi.+  Mən suların üzərində hökmü olan mələyin bu sözlərini eşitdim: «Ey Var Olan, Var Olmuş, + Vəfa Sahibi!+ Sən haqsan, çünki bu hökmləri çıxartdın.+  Onlar müqəddəslərin və peyğəmbərlərin qanını axıtmışdılar,+ Sən də onlara qan uddurdun.+ Çünki onlar buna layiqdirlər!»+  Sonra mən qurbangahdan bir səs eşitdim: «Bəli, Yehova Allah, ey Qüdrət Sahibi!+ Sənin hökmlərin haqq və doğrudur».+  Dördüncü mələk camını günəşin üzərinə boşaltdı+ və günəşə izin verildi ki, insanları alovla qarsalasın.  İnsanlar qızmar istidən qovrulsalar da, bu bəlaların üzərində hökmü olan Allahın adına küfr etdilər, öz əməllərindən dönüb tövbə etmədilər və Onu mədh etmədilər. 10  Beşinci mələk öz camını vəhşi heyvanın taxtına boşaltdı. Onun padşahlığı zülmətə qərq oldu.+ İnsanlar ağrıdan ağızlarında dillərini çeynəməyə başladılar, 11  lakin çəkdikləri ağrılara, düçar olduqları yaralara görə göylərin Allahına küfr etdilər və əməllərindən tövbə etmədilər. 12  Altıncı mələk öz camını böyük Fərat çayına+ boşaltdı.+ Gündoğandan gələn padşahların yolu hazırlansın deyə,+ çayın suları qurudu. 13  Mən əjdahanın+, vəhşi heyvanın və yalançı peyğəmbərin ağzından çıxan, qurbağaya oxşar üç murdar vəhy* gördüm. 14  Bu vəhylər cin vəhyləridir və əlamətlər göstərirlər.+ Onlar yer üzünün padşahlarının yanına gedib onları Qadir Allahın böyük günündə+ olacaq müharibəyə toplayırlar.+ 15  «Budur, mən oğru kimi gəlirəm.+ Oyaq qalıb+ paltarını qoruyan xoşbəxtdir. Çünki o, çılpaq gəzməyəcək və insanların qarşısında biabır olmayacaq».+ 16  Onlar padşahları ibranicə Armageddon*+ adlanan yerə topladılar. 17  Yeddinci mələk öz camını havaya boşaltdı. Bu vaxt müqəddəs məkandakı taxtdan gur bir səs gəldi:+ «Tamam oldu!» 18  Göy guruldadı, şimşək çaxdı, səslər gəldi və böyük bir zəlzələ oldu.+ Elə bir zəlzələ ki beləsi insan dünyaya gələndən bəri olmayıb. 19  Böyük şəhər+ üç yerə parçalandı. Xalqların şəhərləri də yıxıldı. Böyük Babil+ Allahın önündə xatırlandı ki, ona Allahın şiddətli qəzəbinin şərabı ilə dolu cam verilsin.+ 20  Bütün adalar qaçdı, dağlar qeyb oldu.+ 21  İnsanların üzərinə göydən hər dənəsi bir talant* ağırlığında olan iri dolu yağdı.+ İnsanlar bu bəlaya, bu doluya+ görə Allaha küfr etdilər, çünki bu, misli görünməmiş böyük bəla idi.

Haşiyələr

Hərfən: ruh.
Yun. Har Magedon. Megiddo dağı mənasını verən ibrani ifadəsindən yaranıb.
Yunan talantı 20,4 kq-a bərabər idi. B14 əlavəsinə bax.