Məttanın yazdığı müjdə 24:1—51

  • MƏSİHİN HÜZURUNA ƏLAMƏT (1—51)

    • Müharibələr, ərzaq qıtlığı, zəlzələlər (7)

    • Müjdə təbliğ ediləcək (14)

    • Böyük müsibət (21, 22)

    • İnsan Oğlunun rəmzi (30)

    • Əncir ağacı (32—34)

    • Nuh əyyamı (37—39)

    • Oyaq qalın (42—44)

    • Sadiq, yaramaz nökər (45—51)

24  İsa məbəddən çıxıb gedərkən şagirdləri yaxınlaşıb ona məbədin binalarını göstərməyə başladılar.  İsa onlara dedi: «Bütün bunları görürsünüz? Bunu bilin ki, burada daş daş üstə qalmayacaq, hər şey dağılacaq».+  İsa Zeytun dağında oturarkən şagirdləri təklikdə onun yanına gəlib soruşdular: «Bizə de, bunlar nə vaxt baş verəcək? Sənin hüzuruna*+ və o dövrün yekununa* əlamət nə olacaq?»+  İsa onlara cavab verdi: «Diqqətli olun ki, heç kəs sizi aldatmasın.+  Çünki çoxları mənim adımla gəlib “Məsih mənəm” deyəcək və çoxlarını aldadacaq.+  Siz müharibə səsləri, müharibə xəbərləri eşidəcəksiniz. Təşvişə düşməyin. Bunlar baş verməlidir, amma bu, hələ son deyil.+  Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq.+ Gah burada, gah orada qıtlıq,+ zəlzələlər olacaq.+  Bütün bunlar bəlaların* başlanğıcıdır.  Sizə əziyyət verəcəklər,+ sizi öldürəcəklər.+ Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcək.+ 10  Bundan əlavə, çoxları iman yolundan dönəcək, bir-birini satacaq və bir-birinə nifrət edəcək. 11  Çoxlu yalançı peyğəmbər peyda olub bir çoxlarını aldadacaq.+ 12  Hərc-mərclik baş alıb getdiyindən əksər insanlarda məhəbbət soyuyacaq. 13  Lakin axıra kimi dözən xilas olacaq.+ 14  Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə+ bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək. 15  Buna görə də Dənyal peyğəmbərin dediyi viranəlik gətirən iyrənc şeyin müqəddəs yerdə durduğunu görəndə+ (oxuyan dərk etsin) 16  qoy Yəhudiyyədə olanlar dağlara qaçsın.+ 17  Evin damında olan əşyaları götürmək üçün evə düşməsin. 18  Tarlada olan üst paltarını götürmək üçün evə qayıtmasın. 19  O günlərdə hamilə qadınların, əmzikli anaların vay halına! 20  Dua edin ki, qaçmağınız qışa və ya şənbə gününə təsadüf etməsin. 21  Çünki o vaxt elə böyük müsibət olacaq ki,+ beləsi dünya yaranandan bəri olmamışdır və bir daha olmayacaq.+ 22  O günlər qısaldılmasaydı, heç kəs xilas ola bilməzdi. Ancaq seçilmişlərə görə o günlər qısaldılacaq.+ 23  O vaxt sizə desələr ki, “Məsih buradadır!”+ yaxud “oradadır!” inanmayın.+ 24  Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər+ peyda olacaq. Onlar böyük əlamətlər və möcüzələr göstərəcəklər ki,+ mümkünsə, seçilmişləri də yoldan çıxartsınlar. 25  Mən sizi xəbərdar etdim. 26  Buna görə də sizə: “Baxın, o, çöllükdədir”, — desələr, getməyin. “Baxın, o, içəri otaqlardadır”, — desələr, inanmayın.+ 27  Necə ki şimşək şərqdə çaxıb qərbə kimi göyün üzünü işıqlandırır, insan Oğlunun hüzuru zamanı da belə olacaq.+ 28  Cəsəd haradadırsa, qartallar da ora yığışacaq.+ 29  O günlərdəki müsibətdən dərhal sonra günəş zülmətə qərq olacaq,+ ay işıq saçmayacaq, ulduzlar göydən düşəcək və göylərin qüvvələri sarsılacaq.+ 30  Sonra göydə insan Oğlunun rəmzi peyda olacaq. Yer üzünün bütün qəbilələri kədər içində sinə döyəcək,+ insan Oğlunun+ qüdrətlə, calal içində buludların üzərində gəldiyini görəcək.+ 31  O, güclü kərənay səsi ilə öz mələklərini göndərəcək və onlar dünyanın dörd tərəfindən, göyün bir ucundan o biri ucunadək Onun seçdiklərini yığacaqlar.+ 32  Nümunə üçün əncir ağacını götürək. Onun budaqları tumurcuqlayıb yarpaqları görünəndə bilirsiniz ki, yay yaxındır.+ 33  Siz də bütün bunları görəndə bilin ki, insan Oğlu yaxında, qapının ağzındadır.+ 34  Yadınızda saxlayın ki, bütün bunlar bu nəsil keçib getməmiş baş verəcək. 35  Yer-göy yox olub gedəcək, amma mənim sözlərim qalacaq.+ 36  O günü və saatı heç kəs bilmir:+ nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir.+ 37  Çünki Nuhun vaxtında+ necə idisə, insan Oğlunun hüzuru zamanı da elə olacaq.+ 38  O vaxt, daşqından əvvəl, Nuh gəmiyə minənə qədər camaat yeyir, içir, evlənir, ərə gedirdi.+ 39  Daşqın gəlib onların hamısını aparmayınca heç nəyə məhəl qoymurdular.+ İnsan Oğlunun hüzuru zamanı da belə olacaq. 40  O vaxt iki nəfər tarlada olacaq, biri götürüləcək, o birisi qalacaq. 41  İki qadın əldəyirmanında dən üyüdəcək, biri götürüləcək, o birisi qalacaq.+ 42  Buna görə də oyaq qalın, çünki Ağanızın hansı gün gələcəyini bilmirsiniz.+ 43  Bunu da bilin ki, ev sahibi oğrunun nə vaxt gələcəyini bilsəydi,+ oyaq qalardı və evinin yarılmasına yol verməzdi.+ 44  Bunun üçün siz də hazır olun,+ çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək. 45  Evindəki qulluqçulara vaxtlı-vaxtında yemək vermək üçün ağanın onların üzərinə qoyduğu sadiq və ağıllı* nökər, görəsən, kimdir?+ 46  Ağası gələndə onu iş başında tapsa, xoş onun halına!+ 47  Əmin olun, ağası bütün əmlakının idarəsini ona tapşıracaq. 48  Yox əgər o nökər yaramazlıq edib ürəyində: “Ağam gecikir”,+ — deyərsə, 49  qalan nökərləri döyər və əyyaşlarla yeyib-içərsə, 50  ağası onun gözləmədiyi bir gündə və bilmədiyi saatda gəlib+ 51  ona ağır cəza verəcək və onu ikiüzlülərin yanına atacaq. Yaramaz nökər orada hönkür-hönkür ağlayıb dişlərini qıcayacaq.+

Haşiyələr

Hüzur — müəyyən yerdə olma. Lüğətə bax.
Hərfən: doğum sancılarının.
Yaxud müdrik, uzaqgörən, tədbirli.