Zəbur 31:1—24

  • Yehovaya sığınmaq

    • Ruhumu əlinə əmanət edirəm (5)

    • Haqq Allahı Yehova (5)

    • Allahın kəraməti boldur (19)

Dirijora. Davudun məzmuru. 31  Sənə sığınmışam, ey Yehova,+Qoyma xəcil olum.+ Ədalətin naminə məni qurtar.+   Qulağını mənə sarı əy,İmdadıma çat, məni xilas et.+ Dağ üstündə istehkamım ol,Möhkəm bir qalatək hifz et məni.+   Axı yalçın qayam, istehkamım Sənsən,+Adın naminə+ məni yönəldirsən, yol göstərirsən.+   Məni gizlində qoyulmuş tordan qoruyarsan,+Axı qalam Sənsən.+   Ruhumu Sənin əlinə əmanət edirəm.+ Ey haqq Allahı*+ Yehova, Sən məni qurtarmısan.   Mənasız, boş bütlərə səcdə qılanlara nifrət edirəm,Mən Sənə arxalanıram, ey Yehova.   Sənin məhəbbətində hədsiz sevinc tapacağam,Çünki əzab-əziyyətimi gördün,+Qəlbimdəki dərdi bilirsən.   Məni düşmən əlinə salmadın,Ayaq qoyduğum yeri genişləndirirsən.   Dardayam, ey Yehova, mənə lütf göstər,Dərddən gözümün nuru sönüb,+ vücudum quruyub.+ 10  Ömrüm qəm-qüssə ilə,+İllərim ah-zarla keçir.+ Təqsirim ucbatından məndə taqət qalmayıb,Sümüklərim əriyib gedir.+ 11  Mənə rişxənd edir bütün düşmənlər,+Qonum-qonşu isə onlardan betər,Tanış-biliş məndən səksənir,Çöl-bayırda məni görəndə qaçırlar.+ 12  Ölmüş adam kimi yadlarından çıxmışam, unudulmuşam. Sınıq qab kimi olmuşam. 13  Çoxlu iftiralar eşidirəm,Hər yandan məni dəhşət bürüyür.+ Onlar mənə qarşı birləşir,Canımı almaq üçün tədbir tökürlər.+ 14  Amma mən, ey Yehova, Sənə güvənirəm.+ «Allahım Sənsən!»+ — deyirəm. 15  Həyatım Sənin əlindədir,Məni düşmənlərin, təqibçilərin əlindən qurtar.+ 16  Üzünün nurunu qulunun üstünə sal,+Məhəbbətinlə məni qurtar. 17  Ey Yehova, Səni çağıranda qoyma xəcil olum.+ Qoy şər adamlar rüsvay olsunlar,+Qoy onlar Məzarda* sussunlar.+ 18  Yalançı dillər,Salehin əleyhinə lovğalıqla, həqarətlə danışan azğın dillər lal olsun.+ 19  Sənin kəramətin necə boldur!+ Onu səndən qorxanlar üçün saxlayırsan,+Hamının önündə Sənə sığınanlara göstərirsən.+ 20  Onları insanların qəsdindən qoruyubHüzurunun pənahına alırsan;+Davakar dillərdənÇadırında gizlədirsən.+ 21  Şükür olsun Yehovaya! Mühasirəyə düşmüş şəhərdə ağlasığmaz yollarla mənə məhəbbətini göstərdi.+ 22  Təlaşa düşüb demişdim: «Gözlərinin qabağından yox olacağam».+ Lakin Səndən imdad diləyəndə fəryadımı eşitdin.+ 23  Yehovanı sevin, ey Onun sadiq bəndələri!+ Yehova vəfalı bəndələri hifz edər,+Təkəbbürlü adamın cəzasını artıqlaması ilə verər.+ 24  Siz, ey Yehovaya güvənənlər,+Cəsur olun, möhkəm olun!+

Haşiyələr

Yaxud etibarlı Allah.
İbr. şeol. Lüğətə bax.