Yəhyaya nazil olmuş vəhy 12:1—17

  • Qadın, oğlan uşağı və əjdaha (1—6)

  • Mikayıl əjdaha ilə vuruşur (7—12)

    • Əjdaha yerə atılır (9)

    • İblis vaxtının az olduğunu bilir (12)

  • Əjdaha qadını təqib edir (13—17)

12  Göydə böyük bir əlamət göründü: günəşə bürünmüş bir qadın+. Ay onun ayaqlarının altında idi, başında on iki ulduzdan ibarət tac vardı.  Qadın hamilə idi və ağrıdan, doğuş sancılarından qışqırırdı.  Sonra göydə başqa bir əlamət göründü. Budur, yeddibaşlı, onbuynuzlu, al-qırmızı rəngdə böyük əjdaha.+ Onun başlarında yeddi tac vardı.  O, quyruğu ilə göydəki ulduzların+ üçdə birini süpürüb yerə atdı.+ Əjdaha doğmaq üzrə olan qadının qabağında dayanıb+ gözləyirdi ki, o, azad olan kimi körpəsini udsun.  Qadın bir oğlan uşağı doğdu.+ Bu oğul bütün xalqlara dəmir çomaqla çobanlıq edəcək.+ Qadının övladı o andaca Allahın yanına, Onun taxtına aparıldı.  Qadın isə çöllüyə qaçdı. Allah onun üçün orada yer hazırlamışdı. Orada qadını 1260 gün+ ərzində bəsləyəcəkdilər.  Sonra göydə müharibə oldu. Mikayıl*+ öz mələkləri ilə əjdahaya qarşı və əjdaha da öz mələkləri ilə onlara qarşı vuruşdu,  lakin üstələyə bilmədi*. Artıq onlar üçün göydə yer qalmadı.  Beləliklə, İblis+ və Şeytan+ adlanan böyük əjdaha,+ bütün dünyanı aldadan+ qədim ilan+ yerə atıldı,+ mələkləri də onunla birlikdə atıldı. 10  Sonra göydə gur bir səs eşitdim: «İndi Allahımızın qüdrəti, xilası, Padşahlığı+ və Məsihinin hakimiyyəti yetişdi,+ çünki qardaşlarımızı gecə-gündüz Allahımızın qarşısında ittiham edən yerə atıldı!+ 11  Onlar ittiham edəni Quzunun qanı+ ilə və verdikləri şəhadət+ ilə məğlub etdilər.+ Onlar ölümün gözünə dik baxıb bu yolda canlarından keçməyə hazır oldular.+ 12  Buna görə də, ey göylər və göylərin sakinləri, sevinin! Yerə və dənizə+ isə vay olsun! Çünki İblis vaxtının az olduğunu bilərək+ böyük qəzəblə yanınıza endi». 13  Əjdaha yerə atıldığını görəndə+ oğlan uşağı doğmuş qadını təqib etməyə başladı.+ 14  Ancaq qadına çöllükdəki yerinə uçmaq üçün iki böyük qartal qanadı+ verildi. Orada, ilanın gözündən uzaq yerdə, qadını dövr, dövrlər və yarım dövr*+ ərzində bəsləyəcəklər.+ 15  İlan qadını suda boğmaq üçün onun ardınca ağzından sel buraxdı. 16  Lakin yer qadının imdadına çatdı. Yer ağzını açıb əjdahanın ağzından çıxan seli uddu. 17  Əjdaha qadına bərk qəzəbləndi və onun övladından*+ qalanlara — Allahın əmrlərinə əməl edən və İsa haqqında şəhadət edənlərə qarşı vuruşmağa getdi.+

Haşiyələr

Mənası: Allaha tay kimdir?
Digər variant: lakin o (əjdaha) məğlub oldu.
Yəni üç dövr yarım.
Hərfən: toxumundan.