Kontentə keç

Mündəricatı göstər

BÖLMƏ 8

Faciə baş verəndə

Faciə baş verəndə

«Siz buna çox sevinirsiniz, hərçənd müxtəlif sınaqlar ucbatından bir müddət kədərlənməli olursunuz» (1 Butrus 1:6).

Nikahınızın və ailənizin xoşbəxtliyi üçün əlinizdən gələni etsəniz də, həyatda bəzən elə şeylər olur ki, bu, sizin sevincinizi əlinizdən alır (Vaiz 9:11). Biz çətinliklərlə üzləşəndə Allah məhəbbətlə dadımıza çatır. Aşağıda gətirilən Müqəddəs Kitab prinsipləri böyük fəlakətlə üzləşəndə belə sizə və doğmalarınıza kömək edə bilər.

1 YEHOVAYA GÜVƏNİN

MÜQƏDDƏS KİTAB DEYİR: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7). Həmişə yadda saxlayın ki, üzləşdiyiniz sınaqlarda Allah günahkar deyil (Yaqub 1:13). Allaha yaxınlaşsanız, O, mütləq sizə kömək əlini uzadacaq. Axı Ondan yaxşı heç kim kömək edə bilməz (Əşiya 41:10). «Ürəyinizi Ona açın» (Zəbur 62:8).

Siz Müqəddəs Kitabı hər gün oxuyub-araşdırmaqla da təsəlli tapacaqsınız. Yehovanın hər dərdinizdə necə təsəlli verdiyini hiss edəcəksiniz (2 Korinflilərə 1:3, 4; Romalılara 15:4). Allah «hər bir ağıldan üstün olan sülhü»nü verəcəyini vəd edir (Filippililərə 4:6, 7, 13).

MƏSLƏHƏT

  • Dua edin ki, Yehova sizə qəlb rahatlığını və sağlam düşüncəni qorumağa kömək etsin

  • Bütün variantları götür-qoy edin və sizin üçün ən münasib olanını seçin

2 ÖZÜNÜZÜN VƏ YAXINLARINIZIN QAYĞISINA QALIN

MÜQƏDDƏS KİTAB DEYİR: «Dərrakəli insanın ürəyi elm qazanar, hikmətlinin qulağı bilik soraqlar» (Məsəllər 18:15). Ailənin hər bir üzvünün nəyə ehtiyacı olduğunu başa düşmək üçün vəziyyəti tam gözdən keçirin. Onlarla söhbət edin və qulaq asın (Məsəllər 20:5).

Bəs əgər əzizlərinizdən kimisə itirmisinizsə, onda necə? Hisslərinizi gizlətməyin. Unutmayın ki, belə vəziyyətdə hətta İsa da ağlamışdı (Yəhya 11:35; Vaiz 3:4). Kifayət qədər istirahət etmək və doyunca yatmaq da olduqca vacibdir (Vaiz 4:6). Bu, kədərin öhdəsindən gəlməyə kömək edəcək.

MƏSLƏHƏT

  • Ailə üzvlərinizlə xoş ünsiyyət qurun ki, faciə ilə üzləşəndə onlar sizə çəkinmədən müraciət edə bilsinlər

  • Oxşar vəziyyətlə üzləşənlərlə söhbət edin

3 KÖMƏKDƏN İMTİNA ETMƏYİN

MÜQƏDDƏS KİTAB DEYİR: «Əsil dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17). Dostlarınız sizə kömək etmək istəyirlər, amma bilmirlər necə. Nəyə ehtiyac duyduğunuzu deməyə çəkinməyin (Məsəllər 12:25). Üstəlik, Müqəddəs Kitabı yaxşı bilən insanlardan ruhani kömək istəyin. Onların Allahın Kəlamından verdikləri məsləhətlərin sizə böyük xeyri olacaq (Yaqub 5:14).

Allaha möhkəm imanı olan və Onun vədlərinə etibar edən insanlarla sıx ünsiyyətdə olsanız, ehtiyac duyduğunuz köməyi alacaqsınız. Başqalarına kömək etməklə siz özünüz də təsəlli tapacaqsınız. Onlarla Yehova Allaha və Onun vədlərinə olan imanınızı bölüşün. Bütün gücünüzü çətin anlar yaşayan insanlara köməyə yönəldin, özünüzü sizi sevən və qayğınıza qalan insanlardan təcrid etməyin (Məsəllər 18:1; 1 Korinflilərə 15:58).

MƏSLƏHƏT

  • Yaxın dostunuzla söhbət edin və onun köməyindən imtina etməyin

  • Nəyə ehtiyac duyduğunuzu deməyə çəkinməyin