Birinci Butrus 5:1—14

  • Allahın sürüsünü otarın (1—4)

  • Təvazökar və ayıq-sayıq olun (5—11)

    • Bütün qayğılarınızı Allahın üzərinə qoyun (7)

    • İblis nərildəyən şir kimi gəzir (8)

  • Yekun sözlər (12—14)

5  Mən bir ağsaqqal kimi Məsihin əzablarının şahidi və bəlli olacaq şöhrətə şərik olaraq+ aranızdakı ağsaqqallardan rica edirəm:  Allahın sizə əmanət etdiyi sürünü otarıb+ ona nəzarət edin. Bunu zorla yox, Allah qarşısında könül xoşluğu ilə,+ haqsız qazanc hərisliyindən yox,+ canla-başla edin.  Allahın əmanəti üzərində ağalıq etməyin,+ əksinə, sürüyə nümunə olun.+  Baş çoban+ zühur edəndə sizə solmaz şöhrət çələngi veriləcək.+  Siz, ey cavanlar, ağsaqqallara tabe olun.+ Hamınız bir-birinizlə münasibətdə təvazökar olun*, çünki Allah məğrurlara qarşı çıxır, təvazökarlara isə lütf göstərir.+  Beləliklə, Allahın qüdrətli əli altında təvazökar olun. Vaxtı gələndə O, sizi ucaldacaq.+  Bütün qayğılarınızı Onun üzərinə qoyun,+ çünki O, qayğınızı çəkir.+  Ayıq durun, sərvaxt olun.+ Düşməniniz İblis nərildəyən şir kimi gəzib udmağa adam axtarır.+  Güclü imanla ona müqavimət göstərin+ və bilin ki, dünyadakı bütün qardaşlarınız da eyni əzablara qatlaşırlar.+ 10  Sizi Məsihlə vəhdətdə əbədi calalına çağıran,+ sonsuz lütf sahibi Allah, siz qısa müddət əzab çəkdikdən sonra təliminizi başa çatdıracaq, sizi güclü+, mətin+, sarsılmaz edəcək. 11  Qüdrət əbədiyyət boyu Onun olsun! Amin. 12  Bu bir neçə kəlməni sədaqətli saydığım qardaşımız Silvan*+ vasitəsilə yazdım ki, sizi ruhlandırım və Allahın bu əsl lütfü barəsində ürəkdən şəhadət verim. Bu lütfü heç vaxt itirməyin. 13  Sizin kimi seçilmişlərdən olan Babildəki xanım* və oğlum Mark+ sizə salam göndərirlər. 14  Bir-birinizi qardaşlıq məhəbbəti ilə öpüb salamlayın. Ey Məsihlə vəhdətdə olanlar, hamınıza sülh yar olsun!

Haşiyələr

Hərfən: təvazökarlığa bürünün.
Digər adı Sila.
Yunan mətnində işlənmiş şəxs əvəzliyi qadın cinsindədir və çox güman ki, Babildəki yığıncağı təmsil edir.