Kontentə keç

Dünya kimin əlindədir?

Dünya kimin əlindədir?

Necə fikirləşirsiniz...

  • Allahın?

  • insanların?

  • Şeytanın?

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

«Bütün dünya... Şəririn əlindədir» (İncil, 1 Yəhya 5:19).

«Allahın Oğlu məhz İblisin işlərini dağıtmaq üçün gəlmişdi» (İncil, 1 Yəhya 3:8).

BU SİZİN ÜÇÜN NƏ MƏNA KƏSB EDİR?

Dünyadakı problemlərin əsil səbəbini öyrənəcəksiniz (İncil, Vəhy 12:12).

Yer üzündə vəziyyətin tamamilə yaxşılaşacağına inanmağa əsasınız olacaq (İncil, 1 Yəhya 2:17).

MÜQƏDDƏS KİTABDA DEYİLƏNLƏRƏ İNANMAQ OLARMI?

Bəli, olar, ən azı üç səbəbə görə:

  • Şeytanın hakimiyyəti devriləcək. Yehova Allah Şeytanın bəşəriyyət üzərində hökmranlığına son qoymaq niyyətindədir. O, İblisi məhv edəcəyini və onun vurduğu bütün zərəri aradan qaldıracağını vəd edir (İncil, İbranilərə 2:14).

  • Dünyanı idarə etmək işini Allah İsa Məsihə tapşırıb. İsa Məsih hal-hazırda bəşəriyyəti idarə edən qəddar, xudbin Şeytan İblisdən tamamilə fərqlənir. Allah vəd verib ki, Məsih idarə edəcəyi dövrdə «fağır-füqəranın halına acıyacaq... canlarını zülmdən, zorakılıqdan qurtaracaq» (Zəbur 72:13, 14).

  • Allah yalan danışmır. Müqəddəs Kitabda açıq-aydın deyilir ki, Allahın «yalan danışması mümkün» deyil (İncil, İbranilərə 6:18). Yehova Allah nəsə vəd edəndə onu artıq yerinə yetmiş hesab etmək olar! (Peyğəmbərlərin kitabı, Əşiya 55:10, 11). «Bu dünyanın hökmdarı devriləcək» (İncil, Yəhya 12:31).

DÜŞÜNÜN

Bu dünyanın indiki hökmdarı devriləndən sonra yer üzündə vəziyyət necə olacaq?

Bu sualın cavabı Müqəddəs Kitabın aşağıdakı ayələrində yazılıb: ZƏBUR 37:10, 11; VƏHY 21:3, 4