İbranilərə məktub 2:1—18

  • Eşitdiklərimizə xüsusilə diqqətli olmalıyıq (1—4)

  • Hər şey İsaya tabe edilib (5—9)

  • İsa və qardaşları (10—18)

    • Xilas Öndəri (10)

    • Mərhəmətli baş kahin (17)

2  Buna görə də eşitdiklərimizə qarşı xüsusilə diqqətli olmalıyıq+ ki, imandan uzaqlaşmayaq.+  Axı mələklər vasitəsilə+ verilmiş söz qəti idisə, qanuna zidd hər cür hərəkət və itaətsizlik ədalətlə cəzalandırılırdısa,+  belə bir möhtəşəm xilasa laqeyd yanaşsaq, cəzadan necə qaça biləcəyik?+ Bu xilas haqqında ilk dəfə Ağamız danışıb+ və onu eşidənlər bunu bizə danışmışlar.  Allah da müqəddəs ruhu+ Öz iradəsinə görə paylamaqla, həmçinin möcüzələr, əlamətlər+ və müxtəlif qüdrətli işlər vasitəsilə bu şəhadətə qoşulmuşdur.  Axı haqqında danışdığımız gələcəkdəki yer üzü+ mələklərin tabeliyinə verilməyib.  Lakin bir nəfər bir vaxtlar belə şəhadət etmişdi: «İnsan nədir ki, onu xatırlayırsan, bəşər oğlu nədir ki, onun qeydinə qalırsan?+  Sən onu mələklərdən bir az aşağı yaratdın, başına şərəf və izzət tacı qoydun, onu əllərinin işi üzərinə təyin etdin.  Hər şeyi ona tabe edib ayaqları altına qoydun».+ Allah hər şeyi ona tabe edərək tabe edilməmiş bir şey qoymadı.+ Hərçənd hər şeyin İsaya tabe olduğunu hələ görməsək də,+  mələklərdən bir az aşağı endirilmiş İsanı+ başında şərəf və izzət tacı ilə görürük. Çünki o, Allahın lütfü ilə hər kəsin əvəzinə+ ölümü dadmaq üçün əzab çəkib ölmüşdü.+ 10  Hər şey Allah üçündür və hər şey Onun vasitəsilə mövcuddur. Allahın gözündə məqbul göründü ki, çoxlu sayda oğulu şərəfə çatdırmaq üçün+ onların xilasının Öndərini+ əzablar vasitəsilə kamilliyə yetişdirsin.+ 11  Çünki müqəddəs edən də, müqəddəs edilənlər+ də bir Atadandır+. Buna görə də o, onlara «qardaşlarım»+ deməyə utanmır. 12  O, belə deyir: «Sənin adını qardaşlarıma bildirəcəyəm, toplantı içində Səni nəğmələrdə tərənnüm edəcəyəm».+ 13  Həmçinin yazılıb: «Ona güvənəcəyəm».+ Bundan əlavə, deyir: «Budur, mən və Yehovanın mənə bəxş etdiyi övladlar».+ 14  «Övladlar» bəni-insan* olduqları üçün o da insan oldu+ ki, öz ölümü ilə İblisi+, ölüm silahlarının+ sahibini məhv etsin 15  və ömürləri boyu ölüm qorxusuna görə köləlik əsarətində olanların hamısını azad etsin.+ 16  Çünki o, əslində, mələklərə yox, İbrahimin övladlarına+ kömək edir. 17  Buna görə də o, hər şeydə «qardaşlarına» oxşamalı idi+ ki, Allaha xidmətdə mərhəmətli və sadiq baş kahin olub insanların günahlarından ötrü+ kəffarə qurbanı+ təqdim etsin. 18  O, sınaq vaxtı əzab çəkdiyi üçün sınaqlarla üzləşənlərin+ də imdadına yetişməyə qadirdir.+

Haşiyələr

Hərfən: ətdən və qandan.