Kontentə keç

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası nədir?

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası nədir?

 Rəhbərlik Şurası yetkin məsihilərdən ibarət kiçik bir qrupdur. Onlar bütün dünyadakı Yehovanın Şahidlərinə rəhbərlik verir. Onların işi iki hissədən ibarətdir:

  •   Onlar nəşrlər, yığıncaqlar və Yehovanın Şahidlərinin məktəbləri vasitəsilə verilən Müqəddəs Kitaba əsaslanan təlimin hazırlanmasına nəzarət edirlər (Luka 12:42).

  •   Təbliğ xidmətinəkönüllü ianələrin istifadəsinə nəzarət etməklə Yehovanın Şahidlərinin ümumdünya işini idarə edirlər.

 Rəhbərlik Şurası I əsrdə məsihi yığıncaqları üçün ciddi qərarlar verən Yerusəlimdəki həvarilərin və ağsaqqalların nümunəsini izləyir (Həvarilərin işləri 15:2). Həmin sadiq insanlar kimi, Rəhbərlik Şurasının üzvləri də təşkilatımızın başçıları deyil. Onlar Müqəddəs Kitabı rəhbər tuturlar və dərk edirlər ki, Yehova yığıncağın başı kimi İsa Məsihi təyin edib (1 Korinflilərə 11:3; Efeslilərə 5:23).

Rəhbərlik Şurasının üzvləri kimlərdir?

 Rəhbərlik Şurasının üzvləri bunlardır: Kenet Kuk, Qeyc Fliql, Samuel Herd, Cefri Cekson, Stiven Let, Qerit Löş, Mark Sanderson, Deyvid SpleynCefri Vinder. Onlar Vorvikdə (ABŞ, Nyu-York) yerləşən baş idarədə xidmət edirlər.

Rəhbərlik Şurası necə təşkil olunub?

 Rəhbərlik Şurası fəaliyyətimizin müxtəlif sahələrinə nəzarət etmək üçün 6 komitə təyin edib. Şuranın hər bir üzvü bir və ya bir neçə komitədə xidmət edir.

  •   Koordinatorlar komitəsi. Hüquqi məsələlərə nəzarət edir. Həmçinin dini əqidəyə görə təqiblər, fəlakətlər və digər fövqəladə hallar zamanı zərər çəkən Yehovanın Şahidlərinə yardım göstərilməsini təşkil edir.

  •   Kadrlar komitəsi. Beytel ailəsinin üzvlərinin qayğısına qalır.

  •   Nəşriyyat komitəsi. Ədəbiyyatların hazırlanmasına və çatdırılmasına, həmçinin ibadət evlərinin, tərcümə ofislərinin və filialların tikintisinə nəzarət edir.

  •   Xidmət komitəsi. «Padşahlıq haqda xoş xəbər»in təbliğ işinə nəzarət edir (Mətta 24:14).

  •   Təlim komitəsi. Yığıncaqlar, məktəblər və audio-video proqramlar vasitəsilə verilən ruhani təlimin hazırlanmasına nəzarət edir.

  •   Yazı komitəsi. Çap formatda və saytda elektron formatda çıxan ruhani təlimin hazırlanmasına və tərcümə işinə nəzarət edir.

 Rəhbərlik Şurasının üzvləri bu komitələrdə xidmət etməklə yanaşı təşkilatın ehtiyaclarını müzakirə etmək üçün hər həftə görüş keçirirlər. Bu görüşlərdə Rəhbərlik Şurasının üzvləri Müqəddəs Kitaba əsasən müzakirələr aparır və Allahın müqəddəs ruhu sayəsində yekdil qərar qəbul edirlər (Həvarilərin işləri 15:25).

Rəhbərlik Şurasının köməkçiləri kimlərdir?

 Onlar Rəhbərlik Şurasının komitələrinə kömək edən sadiq məsihilərdir (1 Korinflilərə 4:2). Təyin olunduqları komitənin nəzarət etdiyi işi görmək üçün onlar müəyyən bacarıq və təcrübəyə malikdirlər. Həmçinin bu sadiq məsihilər komitənin həftəlik görüşlərində də iştirak edirlər. Qərarların verilməsində iştirak etməsələr də, köməkçilər dəyərli məsləhətlər və əlavə məlumatlar verir, həmçinin komitənin qərarlarını icra edir, bu qərarların nəticələrini və inkişafını yaxından izləyirlər. Rəhbərlik Şurası bu qardaşları dünyanın dörd bir yanındakı dindaşlarımızı ziyarət etmək və illik görüşlərdə, Gilad məktəbinin buraxılışı kimi tədbirlərdə çıxış etmək üçün təyin edirlər.

KÖMƏKÇİLƏRİN SİYAHISI

Komitə

Ad

Koordinatorlar komitəsi

  • Con Ekran

  • Pol Gilis

  • Troy Snayder

Kadrlar komitəsi

  • Cerald Qrizl

  • Patrik Lafranka

  • Daniel Molçan

  • Skot Mark

  • Ralf Vols

Nəşriyyat komitəsi

  • Robert Batler

  • Harold Korkern

  • Qayus Qlokkentin

  • Donald Qordon

  • Robert Luçioni

  • Aleks Raynmüller

  • Deyvid Sinkler

Xidmət komitəsi

  • Qari Bro

  • Coel Delinger

  • Beti Corcs

  • Entoni Qrifin

  • Set Hayat

  • Codi Cedli

  • Kristofer Meyvar

  • Baltasar Pörla

  • Conatan Smit

  • Vilyam Törner

  • Leon Viver

Təlim komitəsi

  • Ronald Körzan

  • Kenet Flodin

  • Vilyam Malenfant

  • Mark Nümar

  • Deyvid Şeyfer

Yazı komitəsi

  • Nikolas Ahladis

  • Per Kristensen

  • Robert Siranko

  • Kenet Qadbörn

  • Ceyms Mants

  • İsak Mare

  • Klayv Martin

  • Leonard Mayers

  • Cin Smoli

  • Hörman van Salm