Kontentə keç

Tövrat nədir?

Tövrat nədir?

Müqəddəs Yazıların cavabı

 Azərbaycan dilinə «Tövrat» kimi tərcümə edilən ibrani sözü («tohrah») «göstəriş», «təlim» və ya «qanun» mənasını verir a (Məsəllər 1:8; 3:1; 28:4). Aşağıda gətirilən nümunələr bu ibrani sözünün Müqəddəs Kitabda necə işləndiyini göstərir.

  •   «Tohrah» sözü əsasən Müqəddəs Kitabın ilk beş bölməsi olan Yaradılış, Çıxış, Lavililər, Saylar və Qanunun təkrarında yazılıb. Tövrat Musa peyğəmbər tərəfindən yazıldığı üçün «Musanın Tövratı» da adlanır (Yuşə 8:31; Nəhəmya 8:1). Tövrat bir kitab şəklində yazılıb, amma sonradan daha rahat istifadə edilməsi üçün bölmələrə ayrılıb.

  •   «Tohrah» həmçinin israillilərə verilən qanunlara da aid işlənir. Məsələn, «günah qurbanına dair qanun [tohrah]», «cüzama dair qanun» və «nəzirilərə dair qanun» (Lavililər 6:25; 14:57; Saylar 6:13).

  •   «Tohrah» bəzən də valideynlər, müdriklər və Allah tərəfindən verilən göstəriştəlimi bildirir (Məsəllər 1:8; 3:1; 13:14; Əşiya 2:3).

Tövratda nə yazılıb?

  •   Tövratda Allahın bəşəriyyəti yaratmasından Musanın ölümünə qədər olan hadisələr qələmə alınıb (Yaradılış 1:27, 28; Qanunun təkrarı 34:5).

  •   Orada Musanın qanununu yazılıb (Çıxış 24:3). Bu qanun 600 nizamnamədən ibarətdir. Bu qaydalardan ən məşhuru Şima və ya yəhudilərin iman rəmzi adlanan qaydadır. Şimanın bir hissəsində deyilir: «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sevməlisən» (Qanunun təkrarı 6:4—9). İsa peyğəmbər bu əmri «birinci və ən böyük əmr» adlandırmışdı (Mətta 22:36—38).

  •   Orada Yehovanın adı təxminən 1800 dəfə yazılıb. Tövratda Allahın adını çəkmək qadağan edilmir, əksinə Allahın xalqının bu adı çağırması buyrulur (Saylar 6:22—27; Qanunun təkrarı 6:13; 10:8; 21:5).

Tövrat haqda yanlış fikirlər

 Səhv. Tövratdakı qanunlar əbədidir və heç vaxt qüvvədən düşməyəcək.

 Doğru. Bəzi Müqəddəs Kitab tərcümələrində Tövratda Şənbə günü, kahinlik və Kəffarə günü kimi xüsusi nizamnamələrin əbədi olduğu yazılıb (Çıxış 31:16; 40:15; Lavililər 16:33, 34; «Müqəddəs Kitab Şirkəti», 2009). Lakin bu ayələrdəki ibrani sözü əsasən mütləq əbədi gələcəyi yox, qeyri-müəyyən gələcəyi nəzərdə tutur b. Musa ilə bağlanan qanun əhdinin yazılmasından 900 il sonra Allah bu əhdi «yeni əhd»lə əvəz edəcəyini bildirmişdi (Ərəmya 31:31—33). «Allah “yeni əhd” deməklə əvvəlki əhdin köhnəldiyini göstərir» (İbranilərə 8:7—13). 2000 il əvvəl İsa Məsihin ölümü ilə bu əhdin əsası qoyulmuşdur (Efeslilərə 2:15).

 Səhv. Yəhudilərin şifahi ənənələri və Talmut yazılı qanun toplusu olan Tövrata bərabərdir.

 Doğru. Müqəddəs Kitabın heç bir yerində deyilmir ki, Allah Musaya Tövratda yazılanlardan əlavə şifahi qanunlar verib. Əksinə Müqəddəs Kitabda deyilir ki, «Yehova Musaya dedi: “Bu sözləri yaz”» (Çıxış 34:27). Şifahi qanunlar, yəni sonradan qələmə alınan və Mişna adlanan qanunlar Talmuta əlavə olundu. Talmut fərisilər tərəfindən yaradılan yəhudi adət-ənənələrinin yazılı toplusudur. Bu adət-ənənələr çox vaxt Tövrata zidd olurdu. Buna görə də İsa Məsih fərisilərə demişdi: «Siz öz ənənənizdən ötrü Allahın sözünü heçə endirmisiniz» (Mətta 15:1—9).

 Səhv. Qadınlara Tövrat öyrədilməməli idi.

 Doğru. Tövratda belə bir qayda var idi ki, qanunda yazılan hər şey bütün israillilərə, qadınlara və uşaqlara da oxunmalı idi. Nəyə görə? «Qanunu xalqa oxuyun, qoy hamı eşitsin» c (Qanunun təkrarı 31:10—12).

 Səhv. Tövratda gizli məlumatlar var.

 Doğru. Tövratı yazan Musa peyğəmbər çatdırmaq istədiyi məlumatı aydın və hamının başa düşəcəyi şəkildə yazmışdı. Orada heç bir gizli məlumat yox idi (Qanunun təkrarı 30:11—14). Tövratda gizli məlumat var fikri Kabbalaya, yəni Müqəddəs Kitabın «uydurulmuş rəvayətlər» şəklində izah edildiyi mistik yəhudi adət-ənənəsinə əsaslanır (2 Butrus 1:16) d.

a «The Strongest Strong’s Exhaustive Concordance of the Bible» kitabının yenilənmiş nəşrinin “Hebrew-Aramaic Dictionary-Index to the Old Testament” hissəsinin 8451-ci səhifəsinə baxın.

b «Theological Wordbook of the Old Testament» kitabının II cildinin 672, 673 səhifələrinə baxın.

c Tövratın özündən fərqli olaraq, rəsmi yəhudi ənənəsi çox vaxt qadınlara onu öyrənməyi qadağan edirdi. Məsələn, Mişnada ravvin Eliezer ben Girkanın dediyi bu sözlər sitat gətirilir: «Kim qızına Tövratı öyrədirsə, sanki ona pozğunluğu öyrətmiş olur» (Sotah 3:4). Yerusəlim Talmuduna görə isə o demişdi: «Tövratın sözlərini qadınlara öyrətməkdənsə, onları yandırmaq daha yaxşıdır».

d Misal üçün, «Yəhudi ensiklopediyası»na əsasən, kabbala tərəfdarları hesab edir ki, Tövratın mətni özü-özlüyündə konkret bir məna kəsb etmir, müxtəlif mərhələlərində ona müxtəlif təfsir verilir (ikinci nəşr, 11-ci cild, səhifə 659).