Kontentə keç

Müqəddəs Kitabda spirtli içki haqda nə deyilir? İçki içmək günahdır?

Müqəddəs Kitabda spirtli içki haqda nə deyilir? İçki içmək günahdır?

Müqəddəs Yazıların cavabı

 Qədərində içmək günah deyil. Müqəddəs Kitabda deyilir ki, şərab Allahdan bəxşişdir və həyatı daha da şən edir (Zəbur 104:14, 15; Vaiz 3:13; 9:7). Orada həmçinin şərabın tibbi cəhətdən faydalı olduğu da vurğulanır (1 Timutiyə 5:23).

 İsa peyğəmbər də şərab içirdi (Mətta 26:29; Luka 7:34). O, hətta bir dəfə toyda möcüzəli surətdə suyu şəraba çevirmişdi (Yəhya 2:1—10).

Çox içki içməyin təhlükələri

 Allahın Kəlamında şərabın müsbət tərəfi vurğulansa da, onu çox içmək mühakimə edilir. Buna görə də məsihi spirtli içkini qədərində içməlidir (1 Timutiyə 3:8; Titusa 2:2, 3). Bəs nəyə görə həddən artıq spirtli içki içmək olmaz? Müqəddəs Kitabda bunun bir neçə səbəbi gətirilir:

Qədərində içmək nə deməkdir?

 Əgər insan içəndən sonra həm özünü, həm başqalarını təhlükə altına qoyursa, deməli həddindən artıq içib. Müqəddəs Kitaba əsasən sərxoşluq içəndən sonra yerdə yıxılıb qalmaq demək deyil. Özünü idarə edə bilməyən, aşa-aşa yol gedən, mübahisə edən və ya danışanda dili dolaşan insan artıq sərxoş sayılır (Əyyub 12:25; Zəbur 107:27; Məsəllər 23:29, 30, 33). Hətta sərxoş olmasa belə, insan çox içki içirsə, nəticəsi pis ola bilər (Luka 21:34, 35).

Heç içməmək

 Müqəddəs Kitabda deyilir ki, məsihilər bəzi hallarda içkidən tamamilə imtina etməlidirlər. Məsələn:

  •   Əgər məsihinin içki içməsi kimisə büdrədirsə (Romalılara 14:21).

  •   Əgər içki içmək məsihinin yaşadığı və ya getdiyi ölkənin qanunlarına ziddirsə (Romalılara 13:1).

  •   Əgər məsihi özünü idarə edə bilmirsə. Alkoqolizmdən əziyyət çəkən insan qəti addımlar atmalıdır (Mətta 5:29, 30).