Kontentə keç

Mündəricatı göstər

MÜTALİƏ ÜÇÜN TƏKLİF

Dərin mütaliə sayəsində oyaq qalın

Dərin mütaliə sayəsində oyaq qalın

Dənyal 9:1—19 ayələrini oxuyun və dərin mütaliə aparmağın vacibliyini öyrənin.

Konteksti təhlil edin. Həmin dövrdə təzəlikcə hansı hadisələr baş vermişdi və bunların Dənyala hansı təsiri olmuşdu? (Dən. 5:29—6:5). Dənyalın yerində siz olsaydınız, hansı hissləri keçirərdiniz?

Dərinliyə varın. Dənyal hansı «kitabları» oxuyurdu? (Dən. 9:2; w11 1/1 s. 22, abz. 2). Nəyə görə Dənyal özünün İsrail xalqının günahlarını etiraf etmişdi? (Lav. 26:39—42; 1 Pad. 8:46—50; dp-TR s. 182—184). Dənyalın duasından onun Allahın Kəlamını dərindən mütaliə etdiyi necə görünür? (Dən. 9:11—13).

Özünüz üçün nəticə çıxarın. Növbəti suallar üzərində düşünün:

  • «Dünyada baş verən hadisələrin fikrimi yayındırmaması üçün nə edə bilərəm?» (Mik. 7:7)

  • «Dənyal kimi mən də Allahın Kəlamını dərindən mütaliə etsəm, bunun hansı xeyrini görəcəyəm?» (w04 1/10 s. 22—23, abz. 17)

  • «Hansı mövzuları dərindən mütaliə etmək mənə oyaq qalmağa kömək edəcək?» (Mət. 24:42, 44; w12 15/8 s. 5, abz. 7, 8)