Kontentə keç

Siz nəyə görə qapı-qapı təbliğ edirsiniz?

Siz nəyə görə qapı-qapı təbliğ edirsiniz?

 İncildə Allaha ibadət edən insanlara belə göstəriş verilib: «Gedin və bütün millətlərin içində şagird hazırlayın» (İncil, Matta 28:19, 20). Bunun üçün İsa peyğəmbər davamçılarını insanların evlərinə göndərirdi (İncil, Matta 10:7, 11—13). Allahın dərgahına qaldırılandan sonra isə onun birinci əsrdə yaşayan davamçıları Allahın xəbərini «evdən-evə» yaymağa davam edirdilər (Həvarilərin işləri 5:42; 20:20). Biz də onların nümunəsindən bəhrələnərək evdən-evə təbliğ üsulundan istifadə edirik. Çünki başa düşürük ki, bu, Allahın müjdəsini hər bir insana çatdırmağın ən əlverişli üsuludur.