Kontentə keç

Nəyə görə siz artıq öz dini olan insanların yanına gedirsiniz?

Nəyə görə siz artıq öz dini olan insanların yanına gedirsiniz?

 Artıq öz dinləri olsa da, fikir vermişik ki, bir çox insanlar böyük maraqla Müqəddəs Yazılardan müxtəlif mövzulara dair söhbət etməyi xoşlayırlar. Əlbəttə, biz insanın din seçiminə hörmətlə yanaşırıq və heç kimi gətirdiyimiz xəbəri qəbul etməyə məcbur edə bilmərik.

 Din barədə söhbət edərkən, Müqəddəs Yazıların buyurduğu kimi, çalışırıq bunu həmişə «həlimliklə və dərin hörmətlə» edək (İncil, 1 Peter 3:15). Başa düşürük ki, heç də hamı gətirdiyimiz xəbəri qəbul edən deyil (İncil, Matta 10:14). Əgər insanların yanına getməsək, onların münasibətini haradan bilmək olar? Bir də ki, insanların vəziyyəti və şəraiti dəyişə bilər.

 Məsələn, elə ola bilər ki, kimsə, məşğul olduğuna görə, bizimlə bu gün yox, başqa gün söhbət etmək istəsin. Və yaxud da həyatda yeni problem və vəziyyətlərlə qarşılaşdıqlarına görə, insanda Allahın Kəlamından olan xəbərə maraq oyana bilər. Elə buna görə də çalışırıq ki, insanlarla bir dəfə yox, bir neçə dəfə söhbət edək.