Kontentə keç

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

Onlar «qiymətli mirvarini» tapdılar

Onlar «qiymətli mirvarini» tapdılar

 İsa Məsih öyrədirdi ki, Allahın Padşahlığı bəşəriyyətin bütün problemlərini həll edəcək (Mətta 6:10). Mətta 13:44—46 ayələrində o, Allahın Padşahlığı haqqında həqiqətin dəyərini göstərmək üçün iki məsəl çəkmişdi:

  •   Çöldə işləyən kişi gözlənilmədən xəzinə tapır.

  •   Əla mirvarilər axtaran tacir qiymətli bir mirvari tapır.

 Kişilərin hər ikisi tapdıqları xəzinəni almaq üçün hər şeylərini satırlar. Onlar Padşahlığa dəyər verən, onun nemətlərini əldə etmək üçün böyük qurbanlar verən insanları təmsil edir (Luka 18:29, 30). Bu videoda İsanın məsəllərindəki kişilərə bənzəyən adamların əhvalatı ilə tanış olacaqsınız.