Kontentə keç

Nəyə görə dua etməliyəm? Allah mənə cavab verəcəkmi?

Nəyə görə dua etməliyəm? Allah mənə cavab verəcəkmi?

Müqəddəs Yazıların cavabı

 Bəli, verəcək. Həm Müqəddəs Kitab, həm də müxtəlif hadisələr təsdiq edir ki, Allah dualara cavab verir. Müqəddəs Kitabda deyilir: «Ondan qorxanları murada çatdırar, fəryadlarına qulaq asıb onları qurtarar» (Məzmur 145:19). Lakin Allahın dualarınıza cavab verməsi, əsas etibarilə, özünüzdən asılıdır.

Allah üçün əhəmiyyətlidir

  •   Allahın Özünə dua etmək. Nə İsa peyğəmbərə, nə Məryəmə, nə müqəddəs hesab edilən şəxslərə, nə mələklərə, nə də surətlərə dua etmək düzgün deyil. «Duaları eşidən» yalnız Yehova Allahdır (Məzmur 65:2).

  •   Allahın Müqəddəs Kitabda əks olunan iradəsinə və tələblərinə uyğun dua etmək (1 Yəhya 5:14).

  •   Duada İsa Məsihin adını çəkmək. Bununla biz onun mövqeyinə hörmət etdiyimizi göstərmiş oluruq. O demişdi: «Mənsiz heç kəs Atanın yanına gələ bilməz» (Yəhya 14:6).

  •   İmanla dua etmək. Bunun üçün, lazım gələrsə, Allahdan imanınızı artırmasını diləyin (Matta 21:22; Luka 17:5).

  •   Təvazökar və səmimi olmaq. Müqəddəs Kitabda deyilir: «Rəbb yüksək olsa da, təvazökarlara baxar» (Məzmur 138:6, Kitabı Mukaddes).

  •   İsrarlı olmaq. İsa peyğəmbər demişdi: «Durmadan diləyin, sizə veriləcək» (Luka 11:9).

Allah üçün əhəmiyyətli deyil

  •   İrq və milliyyət. «Allahımız ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və saleh həyat sürən adamı xoşlayır» (Həvarilərin işləri 10:34, 35).

  •   Duruş tərzi. Siz Allaha oturaraq, əyilərək, diz çökərək, yaxud ayaq üstə dua edə bilərsiniz (1 Salnamələr 17:16; Nehemya 8:6; Daniel 6:10; Mark 11:25).

  •   Ucadan, yaxud ürəkdə dua etmək. Allah hətta başqaları bilmədən ürəyinizdə etdiyiniz dualara da cavab verir (Nehemya 2:1—6).

  •   Sizi narahat edən məsələnin xırda və ya böyük olması. Allah sizi «bütün qayğılarınızı» Onun öhdəsinə buraxmağa təşviq edir, çünki «O, sizin qeydinizə qalır» (1 Peter 5:7).