Kontentə keç

Müqəddəs Kitabda səxavət haqda nə deyilir?

Müqəddəs Kitabda səxavət haqda nə deyilir?

Müqəddəs Kitabın cavabı

 Müqəddəs Kitabda başqalarına könüllü şəkildə və düzgün niyyətdən irəli gələrək səxavət göstərməyimiz buyurulur. Orada deyilir ki, bu cür səxavət həm bizi, həm də qarşı tərəfi xoşbəxt edir (Məsəllər 11:25; Luka 6:38). İsa Məsih demişdi: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35).

 Səxavət nə vaxt Allaha xoş gedir?

 Könüllü olaraq göstərilən səxavət Allaha xoş gedir. Müqəddəs Kitabda yazılıb: «Qoy hər kəs ürəyində qət etdiyi kimi versin, könülsüz və ya məcburi verməsin, axı Allah gülərüzlə verəni sevir» (2 Korinflilərə 9:7).

 «Allahın qarşısında pak [dindarlığın]» bir hissəsi ürəkdən verməkdir (Yaqub 1:27). Ehtiyacı olanlara səxavətlə kömək edən insan Allahla əməkdaşlıq edir. Bu cür səxavəti Allah Özünə verilən borc hesab edir. Müqəddəs Kitabda deyilir ki, Allah əliaçıq insana əvəzini verəcək (Luka 14:12—14).

 Səxavət Allaha nə vaxt xoş getmir?

 Xudbin niyyətdən irəli gələrək ediləndə. Məsələn:

 Allahın mühakimə etdiyi şeyləri dəstəkləmək üçün ediləndə. Məsələn, kiməsə qumar oynamaq, spirtli içki və ya narkotik qəbul etmək üçün pul vermək düzgün olmazdı (1 Korinflilərə 6:9, 10; 2 Korinflilərə 7:1). Eləcə də özünü maddi cəhətdən təmin etmək gücündə olan, amma bunu etməyən insana da vermək doğru deyil (2 Salonikililərə 3:10).

 Ailənin boğazından kəsib başqalarına daha çox verəndə. Müqəddəs Kitabda deyilir ki, ailə başçıları ailə üzvlərinin ehtiyaclarını təmin etməlidir (1 Timutiyə 5:8). Ailə başçısının öz ailəsini təhlükəyə atıb başqalarına daha çox verməsi düzgün hərəkət olmazdı. Eynilə, İsa Məsih bütün mal-mülklərinin «Allaha həsr edilmiş bəxşiş» olduğu deyərək, yaşlı valideynlərinin qeydinə qalmayan insanları mühakimə edir (Mark 7:9—13).