Kontentə keç

Tövrat, Zəbur və İncil insanlara necə verilib?

Tövrat, Zəbur və İncil insanlara necə verilib?

Müqəddəs Yazıların cavabı

 Müqəddəs Yazılarda məzmununun kimlər tərəfindən qələmə alındığını açıq şəkildə bildirilir. Bəzi hissələr növbəti sözlərlə başlayır: «Nehemyanın sözləri», «Yeşayaya görünən görüntü» və «Yoelə nazil olan Rəbbin sözü» (Nehemya 1:1; Yeşaya 1:1; Yoel 1:1).

 Allahın Kəlamını qələmə alanlar qeyd edir ki, onlar var olan tək Allah Yehovanın adından söyləyirdilər. İbrani Yazıların yazılmasında iştirak edən peyğəmbərlər 300 dəfədən çox «Rəbb belə deyir» deməklə aldıqları xəbərin Allahdan olduğunu göstərmişlər (Amos 1:3; Mikeya 2:3; Nahum 1:12). Digərlərinə isə Allahın sözü mələklər vasitəsilə bildirilib (Zəkəriyyə 1:7, 9).

 Müqəddəs Yazılar 1600 il ərzində 40 nəfər kişi tərəfindən qələmə alınıb. Onlardan bəziləri bir yox, bir neçə hissəsini yazıb. Sadə dildə desək, Müqəddəs Yazılar 66 bölmədən və ya kitabdan ibarət balaca kitabxanadır. İbrani Yazılar və yaxud «Əhdi-Ətiq» (Tövrat, Zəbur, Peyğəmbərlərin kitabı) kimi tanınan hissə 39, qədim yunan dilində qələmə alınan İncil, yaxud «Əhdi-Cədid» kimi tanınan hissə isə 27 kitab toplusundan ibarətdir.