Kontentə keç

Tövrat, Zəbur və İncilin insan təfəkkürünün məhsulu olduğunu demək olarmı?

Tövrat, Zəbur və İncilin insan təfəkkürünün məhsulu olduğunu demək olarmı?

Müqəddəs Yazıların cavabı

 «Müqəddəs Yazılar», «Müqəddəs Kitab», yaxud «Tövrat, Zəbur və İncil» kimi tanınan yazılarda çoxlu müdrik kəlmələr yer alır. Bəs onların müəllifi kimdir? Görün bu haqda onun özündə nə deyilir: «Müqəddəs Yazılardakı hər kəlmə Allah tərəfindən ilhamlanmışdır» (İncil, 2 Timoteyə 3:16). Bunu digər amillər də təsdiq edir. Məsələn:

  •   Nə qədər cəhd göstərsələr də, heç kim Müqəddəs Yazıların tarixi cəhətdən dəqiqliyini şübhə altına ala bilməmişdir.

  •   Allahın göstərişi ilə Müqəddəs Yazıları qələmə alanlar bunu təmiz ürəkdən edirdilər. Onlar hətta öz səhvlərini belə açıq söyləyirdilər. Bu da Müqəddəs Kitaba olan etibarı birə beş artırır.

  •   Müqəddəs Yazılar boyu bir əsas mövzudan bəhs olunur: Allahın bəşəriyyət üzərində hökmranlığına bəraət qazandırılması və qurduğu səmavi hökuməti vasitəsilə niyyətlərini həyata keçirilməsi.

  •   Min illər öncə yazılmasına baxmayaraq, Müqəddəs Yazılarda elmə zidd olan heç bir fikir yoxdur.

  •   Rəsmi şəkildə təsdiq olunmuş tarixi hadisələr Müqəddəs Kitab peyğəmbərliklərinin dəqiqliyinə işarə edir.