Kontentə keç

Cookie-faylların və analoji texnologiyaların istifadəsinin qlobal siyasəti

Cookie-faylların və analoji texnologiyaların istifadəsinin qlobal siyasəti

Vebsaytımızdan istifadə təcrübənizi optimallaşdırmaq üçün mobil telefonunuzda, planşetinizdə və ya kompüterinizin sərt diskində kiçik ölçüdə məlumatların saxlanılması və toplanılması üçün «cookie» və digər analoji texnologiyalardan istifadə edirik. «Cookie»lər saytın işini asanlaşdırır və istifadəçilərin saytdan necə istifadə etdiklərini başa düşməyə kömək edir. Bu məlumatlar saytı təkmilləşdirməyə imkan verir. Əgər istifadəçilər saytda hər hansı blank və ya ərizə doldurarkən öz əlaqə məlumatlarını təqdim etməyiblərsə, biz onların kimliyini müəyyən etmirik. Bu sənəddə «cookie» sözü geniş mənada işlənir və özünə lokal yaddaş, veb mayaklar, piksellər və identifikatorlar kimi analoji texnologiyaları daxil edir. Bu texnologiyalar bizə kompüterinizlə bağlı müəyyən məlumatları, məsələn, ekranın ölçüsü, sayta hansı saatda və hansı tarixdə daxil olduğunuz və yüklədiyiniz səhifənin URL-i barədə məlumat əldə etməyə kömək edir.

Saxlanılan və toplanılan məlumatların heç biri heç vaxt satıla, reklam məqsədləri, eləcə də daxil olduğunuz digər internet səhifələrini yaddaşda saxlamaq üçün istifadə oluna bilməz. Biz hədəfləmə və reklam «cookie»lərindən istifadə etmirik.

«Cookie»lərin növləri. «Cookie»lərin müxtəlif növləri var. Bunlar müxtəlif funksiyaları yerinə yetirir və ümumilikdə sizin saytdan istifadənizi təkmilləşdirir. «Cookie»lərdən sizin daha əvvəl sayta daxil olub-olmadığınızı müəyyən etmək və ondan istifadə edərkən seçdiyiniz parametrləri yadda saxlamaq üçün istifadə edirik. Məsələn, seçdiyiniz dili «cookie»də saxlaya və növbəti dəfə siz daxil olanda vebsaytda səhifəni həmin dildə aça bilirik.

Bu saytda istifadə olunan «cookie»ləri üç növə ayırmaq olar:

  1. Mütləq zəruri «cookie»lər. Bəzi «cookie»lər saytımızın fəaliyyəti üçün zəruridir. Onlar sayəsində siz bütövlükdə saytdan və ya onun hansısa funksiyasından istifadə edə bilirsiniz. Adətən onlar siz saytda xidmət üçün müraciət kimi qiymətləndirilən hansısa addımlar atanda, məsələn, məxfilik parametrlərini seçəndə, hesabınıza daxil olanda və ya blanklar dolduranda aktivləşir. «Cookie»lər olmadan onlayn ianə etmək kimi bəzi xidmətləri həyata keçirmək mümkün deyil. Bu «cookie»lər sizin barənizdə məlumatı reklam üçün istifadə etmək və ya internetdə daxil olduğunuz digər səhifələri yadda saxlamaq məqsədilə toplamır.

  2. Funksional «cookie»lər. Bu «cookie»lər saytda etdiyiniz seçimləri (məsələn, istifadəçi adı, dil və region) yadda saxlamaq və saytın digər funksiyalarından istifadə etmək imkanı yaradır. Bu «cookie»lər saytın fəaliyyətini yaxşılaşdırır, istifadəsini asanlaşdırır və onun parametrlərini özünüzə uyğunlaşdırmaq imkanı yaradır.

  3. Diaqnostika və istifadə məlumatları olan «cookie»lər. Bu «cookie»lər diaqnostika və istifadə məlumatlarını, eləcə də istifadəçilərin saytdan necə istifadə etdiklərinə dair məlumatları toplamaq üçün istifadə olunur. Məsələn, sayta daxil olanların sayı və ya saytda orta hesabla nə qədər vaxt keçirdikləri barədə məlumatlar toplanır. Bu məlumatlar yalnız saytın işini təkmilləşdirmək, məsələn, onun dizaynını, fəaliyyətini və stabilliyini yaxşılaşdırmaq üçün istifadə olunur.

Biz, əsas etibarilə, özümüz yaratdığımız «cookie»lərdən istifadə edirik. Amma bəziləri başqa saytlar tərəfindən yaradılmış üçüncü tərəf «cookie»lərdir. Təqdim etdiyimiz «cookie»lər siyahısında biz hansıların üçüncü tərəf «cookie»lər olduğunu aydın şəkildə qeyd etmişik.

IP ünvanlarından istifadə. IP ünvanı internetdə istifadə etdiyiniz cihazı müəyyən edən rəqəmlərdən ibarət koddur. Biz istifadəçi fəaliyyətini təhlil etmək, saytla bağlı problemləri müəyyən etmək, onun təhlükəsizliyini təmin etmək və təqdim etdiyimiz xidmətlərin keyfiyyətini artırmaq üçün IP ünvanından və brauzer növündən istifadə edirik.

Sizin seçiminiz. Siz istənilən vaxt «cookie» parametrlərini dəyişə bilərsiniz. Bunu etmək üçün bütün saytlarımızda (aşağıdakı siyahıya baxın) səhifənin sonundakı «Məxfilik parametrləri» xanasına basın. Mütləq zəruri «cookie»lər üçün sizin razılığınız tələb olunmur. Bütün digər «cookie» növlərini cihazınızda saxlamaq və oradakı məlumatı toplamaq üçün isə sizin razılığınız lazımdır. Nəzərə alın ki, parametrləri dəyişdirəndə əvvəlki «cookie»lər silinməyəcək. Bu saytdakı «cookie»ləri pozmaq istəsəniz, onları brauzerinizin parametrlərində silə bilərsiniz. Amma unutmayın ki, «cookie»ləri söndürsəniz və ya silsəniz, siz vebsaytımızın bütün funksiyalarından tam şəkildə istifadə edə bilməyəcəksiniz. «Cookie»ləri necə pozacağınız istifadə etdiyiniz brauzerdən asılıdır. Bunu necə edəcəyinizi bilmək üçün brauzerinizin «Kömək» bölməsinə və ya www.allaboutcookies.org saytına daxil olun.

«Cookie»lərdən necə istifadə etdiyimizə dair nümunələrə baxmaq üçün aşağıdakı siyahıdan bir sayt seçin.

Həmçinin «Saytımızda istifadə olunan Cookie-fayllar və analoji texnologiyalar» səhifəsinə baxın.