Kontentə keç

Məxfilik siyasəti

Məxfilik siyasəti

FƏRDİ MƏLUMATLARINIZA HÖRMƏTLƏ YANAŞIRIQ

 Biz sizin şəxsi məlumatlarınızı qorumağa əzmli olduğumuzu və ona hörmətlə yanaşdığımızı bildiririk. Bu «Siyasətlə» sizdən aldığımız və topladığımız istənilən şəxsi məlumatların «Watchtower Bible And Tract Society Of New York, Inc.» (bundan sonra «Gözətçi Qülləsi cəmiyyəti») tərəfindən təqdim olunan saytda və tətbiqlərdə necə istifadə olunacağı müəyyən olunur. Siz bizim saytımıza daxil olanda haqqınızda müəyyən əsas məlumatlar toplanılır; öz tərəfimizdən bu məlumatların mühafizəsinin zəruriliyini başa düşür və sizin məlumatlarınızın necə istifadə olunduğunu nəzərinizə çatdırırıq. Lazım bilsəniz, şəxsi hesab edilən məlumatlarınızı bizə ötürə bilərsiniz. Bu qaydalarda istifadə olunan «fərdi məlumatlar» termini altında sizin adınız, elektron poçt ünvanınız, yaşayış/qeydiyyat ünvanınız, telefon nömrəniz və ya sizi müəyyən etməyə kömək edə biləcək hər hansı digər məlumat nəzərdə tutulur. «Sayt» termini altında bu, eləcə də apps.pr418.com, ba.pr418.com, stream.pr418.comwol.pr418.com saytları nəzərdə tutulur.

MƏLUMAT BAZASININ İDARƏSİ

 Bu sayt və tətbiqlər Yehovanın Şahidlərinin fəaliyyətini və Müqəddəs Kitab üzrə maarifləndirmə işinin dəstəkləyən Nyu-York ştatının (ABŞ) qeyri-kommersiya «Gözətçi Qülləsi cəmiyyəti» təşkilatının mülkiyyətindədir. Könüllü şəkildə saytda hesab açmaqla, ianə köçürməklə, Müqəddəs Kitab dərsləri üçün sorğu göndərməklə, habelə şəxsi məlumatların daxil edilməsini tələb edən hər hansı hərəkəti icra etməklə siz bu Siyasətdə əks olunan qaydaları, eləcə də şəxsi məlumatlarınızın Amerika Birləşmiş Ştatlarında yerləşən serverlərdə yığılıb saxlanılmasını, sorğunuzu icraata qəbul etmək məqsədilə şəxsi məlumatlarınızın Gözətçi Qülləsi cəmiyyəti və müxtəlif ölkələrə bu cəmiyyətlə əlaqəli olan Yehovanın Şahidlərinin fəaliyyəti ilə bağlı əməkdaşlıq edən təşkilatlar tərəfindən toplanılmasını, emal edilməsini, ötürülməsini və saxlanılması qəbul etmiş olursunuz. Dini təşkilatımız bütün dünyada müxtəlif yerli hüquqi şəxslərdən istifadə edir. Məlumatların qorunması ilə bağlı bunlara yerli yığıncaqlar, filiallar və Yehovanın Şahidlərinin digər oxşar əlaqəli təşkilatları aid ola bilər.

Fərdi məlumatlarınızın idarə edən şəxs (toplayan və idarə edən hüquqi şəxs) saytdan istifadə etməyinizdən asılı olaraq dəyişir. Məsələn, müəyyən ölkədə hüquqi şəxsin (təşkilatın) adına ianə göndərəndə, sizin adınız və əlaqə məlumatınız ianə prosesi zamanı sizə göstərilən hüquqi şəxsə (təşkilata) göndəriləcək. Digər nümunə, Müqəddəs Kitab dərsi üçün sorğunuza cavab vermək üçün sizin adınız və əlaqə məlumatınız Yehovanın Şahidlərinin yerli filialına və yığıncağına ötürülür.

Köməyə ehtiyacınız varsa, yaşadığınız ölkənin qüvvədə olan məlumatların mühafizəsi haqda qanunvericiliyinə dair əlaqə məlumatını Məlumatın mühafizəsinə dair əlaqə sənədində tapa bilərsiniz.

MƏLUMATLARIN TƏHLÜKƏSİZLİYİ VƏ MƏXFİLİYİ

 Fərdi məlumatlarınızın təhlükəsizliyi və məxfiliyi bizim üçün ümdə məsələdir. Fərdi məlumatlarınıza kənardan müdaxilənin, düzgün olmayan şəkildə istifadə olunmasının və ya açılmasının, kənardan müdaxilə olunaraq dəyişdirilməsinin, qanuna zidd olaraq məhv edilməsinin və ya təsadüfən itirilməsinin qarşısını almaq üçün müasir saxlama və təhlükəsizlik sistemlərindən istifadə olunur. Fərdi məlumatları idarə edən bütün operatorlar və sizin fərdi məlumatlarınızın operatorları qismində olan üçüncü şəxslər məlumatlarınızın mühafizəsi üzrə məsuliyyət daşıyırlar. Fərdi məlumatlarınız toplandığı məqsədə, habelə hüquqi hesabat dövriyyəsi və ya sənədlərin saxlanılması üçün qanunvericiliyin müəyyən etdiyi müddətdə saxlanılır.

Məlumatlar şifrələnmiş kanallar, məsələn, Transport Layer Security (TLS) protokolu vasitəsilə ötürülür. Girişi məhdud olan kompüter sistemlərindən istifadə olunur. Bu kompüter sistemləri elektron və prosedur təhlükəsizlik qaydalarına cavab verən və mühafizə olunan binalarda yerləşdirilir. Kənardan müdaxilənin qarşısının alınması üçün ciddi təhlükəsizlik standartlarına əməl edilir.

AZYAŞLILAR

 Əgər yaşadığınız ölkədə azyaşlı hesab olunursunuzsa, saytımıza fərdi məlumatlarınızı ancaq valideyninizin (valideynlərinizin) və ya qəyyumunuzun iştirakı ilə göndərə bilərsiniz. Valideyn və ya qəyyum qismində azyaşlı şəxsə bu saytda fərdi məlumatlarının göndərilməsinə icazə verməklə siz bu Siyasətdə azyaşlıların saytdan istifadə edilməsinə dair qaydaları qəbul etmiş olursunuz.

ÜÇÜNCÜ ŞƏXSLƏR

 Müəyyən hallarda bu saytda və ya tətbiqlərdə üçüncü şəxslərin saytlarına aid linklər (keçidlər) yerləşdirilə bilər. Bu saytlar bizim adımızdan müxtəlif xidmətlər göstərirlər (məsələn, onlayn blankların doldurulması üçün). Üçüncü şəxsin saytına keçdiyinizi saytın fərqli görünüşündən və brauzerinizin ünvan sətrindəki dəyişiklikdən müəyyən edə bilərsiniz. Üçüncü şəxslərin xidmətindən istifadə etməyə başlamazdan öncə və sonra mütəmadi şəkildə tələblərimizə cavab verib-vermədiyinə əmin olmaq üçün onların məlumatların təhlükəsizliyini təmin edilməsi səviyyəsi yoxlayırıq. Lakin üçüncü şəxslərin təqdim etdiyi xidmət və proqram təminatının idarə olunması bizim səlahiyyətimizdə deyil. Buna proqramlaşdırma üsulları, istifadə şərtləri, məxfilik siyasəti və sairə daxildir. Bəzən müəyyən dəyişikliklər oluna bilər, buna görə də üçüncü tərəflərin xidmətlərindən istifadə etməzdən öncə onların şərtləri ilə tanış olmağınız məsləhət görülür. Əgər üçüncü şəxslərin fərdi məlumatlarının təhlükəsizliyinə dair hər hansı sualınız varsa, xahiş olunur, bu haqda məlumatı onların saytından oxuyun.

Bu saytda Google xəritələrinin istifadəsi Google məxfilik siyasəti ilə müəyyən olunur. Üçüncü şəxs qismində çıxış edən bu şirkətin proqram təminatının, proqramlaşdırma üsullarının və istifadə şərtlərinin idarəsi bizim səlahiyyətimizdə deyil. Google xəritələrin istifadəsi Google Maps/Google Earth Additional Terms of Service qaydaları ilə müəyyən olunur. Son dəyişikliklər barədə bizə məlumat verilmir. Buna görə də Google xəritələrdən istifadə etməzdən öncə onlarla tanış olmağınız məsləhət görülür. Şərtlərlə razı deyilsinizsə, bu xidmətdən istifadə etməyin.

ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ

 Bu saytın və tətbiqlərin funksionallığını yaxşılaşdırmaq üçün mütəmadi olaraq onlara əlavə və dəyişikliklər edilir, yeni funksiyalar əlavə olunur. Bu, eləcə də qanunvericilikdə edilən dəyişikliklərə, habelə texnologiyanın inkişaf etdiyinə görə məlumatların təhlükəsizliyi qaydaları vaxtaşırı dəyişikliyə məruz qala bilər. Qaydalara dəyişikliklərin olunması tələb olunanda onlar bu səhifədə dərc olunacaq. Bunun sayəsində sizin topladığımız məlumatlar və onların istifadəsi haqda məlumatınız olacaq.

AKTİV SSENARİLƏR (JAVASCRIPT)

 Saytın və tətbiqlərin funksionallığını artırmaq üçün ssenarilərdən istifadə olunur. Bu texnologiyanın sayəsində sizin sorğunuza daha tez cavab verə bilirik. Ssenarilər vasitəsilə istifadəçinin kompüterinə heç bir proqram yüklənmir və ya icazəsiz olaraq istifadəçi haqqında məlumat toplanılmır.

Saytın müəyyən bölmələrinin düzgün işləməsi üçün brauzerin müvafiq parametrlərində aktiv ssenariləri (JavaScript) işə salmaq tələb olunur. Brauzerlərin əksəriyyəti bu funksiyanı istənilən sayt üçün işə salmağı və ya söndürməyi imkan verir. Seçilən sayta ssenariləri icazə verməyə dair veb-brauzerin sorğu-arayış sənədlərində (kömək səhifəsində) oxuyun.