Kontentə keç

Mündəricatı göstər

panitan/stock.adobe.com

ANMA MƏRASİMİ İLƏ BAĞLI KAMPANİYA

İsa Məsih yoxsulluğa son qoyacaq

İsa Məsih yoxsulluğa son qoyacaq

 Yer üzündə olduğu zaman İsa Məsih insanlara, xüsusilə də kasıb və dərd-sər içində olanlara böyük məhəbbət göstərmişdi (Mətta 9:36). O hətta insanlar uğrunda öz həyatını da qurban vermişdi (Mətta 20:28; Yəhya 15:13). Tezliklə İsa Məsih Allahın Padşahlığının Padşahı kimi yer üzündə yoxsulluğa son qoyaraq insanlara olan məhəbbətini bir daha sübut edəcək.

 İsa Məsihin bunu necə edəcəyi Müqəddəs Kitabda gözəl izah olunub:

  •   «Qoy padşah xalqın fağırlarının işinə baxsın, kasıb-küsubun balasını qorusun» (Zəbur 72:4).

 İsa Məsihin bizim üçün etdiklərinə və gələcəkdə edəcəyi işlərə görə öz minnətdarlığımızı necə bildirə bilərik? Luka 22:19 ayəsində İsa Məsih öz davamçılarına demişdi ki, onun ölüm gününü yad etsinlər. Bu səbəbdən Yehovanın Şahidləri İsa Məsihin ölümünün ildönümündə birlikdə toplaşırlar. Bazar günü 24 mart 2024-cü il tarixində keçiriləcək bu mərasimə sizi də dəvət edirik.

Mərasimin ünvanını tapın