Kontentə keç

Mündəricatı göstər

OYAQ QALIN!

Ədəb-ərkan gözlənilmir. Müqəddəs Kitabda bu barədə nə deyilir?

Ədəb-ərkan gözlənilmir. Müqəddəs Kitabda bu barədə nə deyilir?

 Bu gün ədəb-ərkan qaydaları dəbdə deyil. Pasiyentlər həkimlərin üstünə qışqırırlar; müştərilər restoran işçilərini alçaldırlar; sərnişinlər təyyarə bələdçilərini təhqir edirlər; uşaqlar müəllimləri lağa qoyurlar, hədə-qorxu gəlirlər, onlara hücum çəkirlər; bəzi siyasətçilərin adları qalmaqallarda hallanır, digərləri isə ədəbli olmaları ilə gözə girməyə çalışırlar.

 Müqəddəs Kitab düzgün ədəb normalarına dair etibarlı bələdçidir. Orada həmçinin izah olunur ki, nəyə görə bu gün ədəb-ərkan qaydaları dəbdə deyil.

Nəyə görə ədəb-ərkanlı insanlar azalıb?

 Ədəbli olmaq, yəni yaxşı, əxlaqlı, düzgün davranmaq bütün dünyada dəbdən düşür.

  •   Birləşmiş Ştatlarda təzəlikcə aparılmış sorğu göstərib ki, Amerika vətəndaşları ölkədə ədəb-ərkan dəyərlərinin son 22 ildə çox aşağı düşdüyünü hesab edirlər.

  •   28 ölkədə 32 000 insan arasında keçirilmiş başqa bir sorğuya əsasən iştirakçıların 65 faizi bildirib ki, əvvəlki illərlə müqayisədə bu gün az sayda adam ədəbli davranır.

 Günlərimizə xas bu cür davranış Müqəddəs Kitabda əvvəlcədən bildirilmişdi.

  •    «Axırzamanda son dərəcə çətin bir vaxt gələcək. Çünki insanlar xudbin, pulpərəst, lovğa, özündən razı, küfr danışan, valideynlərinə itaət etməyən, nankor, doğmalarını sevməyən,.. zalım, yaxşılığın düşməni [olacaqlar]» (2 Timutiyə 3:1—3).

 Bu peyğəmbərliyin necə yerinə yetdiyinə dair əlavə məlumat üçün «Müqəddəs Kitabda bizim dövrdə insanların necə olacağı peyğəmbərlik edilib?» adlı məqaləni oxuyun.

Ədəb-ərkan qaydalarına dair etibarlı bələdçi

 Ədəb qaydalarının tənəzzülə uğradığı bu dünyada milyonlarla insan Müqəddəs Kitabı nəzakətli davranış üzrə ən yaxşı bələdçi hesab edir. Orada yazılan məsləhətlər «həmişə, indidən ta əbədiyyətədək» etibarlıdır (Zəbur 111:8). Bəzi nümunələrə baxaq:

  •   Müqəddəs Kitabda deyilir: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Mətta 7:12).

     Mənası: Biz insanlarla mehriban və hörmətcil davranmalıyıq, çünki özümüzə qarşı da bu cür münasibət gözləyirik.

  •   Müqəddəs Kitabda deyilir: «Artıq yalanı kənara qoyduğunuz üçün bir-birinizə həqiqəti söyləyin» (Efeslilərə 4:25).

     Mənası: Biz həm danışığımızda, həm də davranışımızda dürüst olmalıyıq.

 Bu mövzuda əlavə məlumat almaq üçün növbəti məqalələri oxuyun: