Kontentə keç

Mündəricatı göstər

Allahın gigiyena ilə bağlı xalqına verdiyi qanunlar öz dövrünü qabaqlayırdı

Allahın gigiyena ilə bağlı xalqına verdiyi qanunlar öz dövrünü qabaqlayırdı

 Təxminən 35 əsr əvvəl İsrail xalqı vəd olunmuş diyara daxil olandan bir qədər öncə Yehova bildirmişdi ki, onları Misirdə yayılmış «dəhşətli xəstəliklər»dən qoruyacaq (Qanunun təkrarı 7:15). Bunun üçün O, israillilərə gigiyena ilə və xəstəliyin yayılmasının qarşısını almaqla bağlı ətraflı göstərişlər vermişdi. Məsələn:

  •   Xalqa verilən qanunlar toplusuna çimmək və paltarları yumaq daxil idi (Lavililər 15:4—27).

  •   İnsan nəcisi ilə bağlı Allah demişdi: «Ordugahdan kənarda ayaqyolu üçün bir yer ayırın, bayıra gedəndə ora gedin. Silah-sursatınızın arasında bel də olmalıdır. Ordugahdan kənarda bayıra gedəndə çuxur qazın, sonra nəcisin üstünü torpaqla örtün» (Qanunun təkrarı 23:12, 13).

  •   Yoluxucu xəstəliyə tutulduğu düşünülən insanlar karantinə salınırdı, yəni bir müddət başqalarından uzaq saxlanılırdı. Xəstəlikdən sağalanlar düşərgəyə qayıtmazdan öncə «pak» hesab olunmaq üçün pal-paltarını yumalı və çimməli idilər (Lavililər 14:8, 9).

  •   Cəsədə toxunan hər kəs karantində saxlanılırdı (Lavililər 5:2, 3; Saylar 19:16).

 İsraillilərə verilən qanunlarda sanitariya qaydaları və tibbi konsepsiyalar öz əksini tapırdı və onlar öz dövrünü qabaqlayırdı.

 Başqa ərazilərdə gigiyenaya əhəmiyyət verilmirdi. Məsələn:

  •   Zibillər küçələrə atılırdı. Çirklənmiş su, zəhərli ərzaq və başqa tullantılar anti-sanitar vəziyyət yaradırdı. Bu isə çoxlu insanın xəstəliklərə yoluxmasına və uşaqların ölməsinə səbəb olurdu.

  •   Qədimdə həkimlər bakteriyalar və patogenlər haqda az bilirdilər və ya heç nə bilmirdilər. Misirlilər kərtənkələ qanı, qutanquşu peyini, ölü siçan, sidik və kiflənmiş çörək kimi «dava-dərmanlardan» istifadə edirdilər. Həmçinin insan və heyvan nəcisi də tibbi prosedurlarda geniş istifadə olunurdu.

  •   Qədim misirlilər Nil çayındakı və onun suvarma kanallarındakı çirklənmiş sulardan yaranan müxtəlif parazitlərdən xəstəliyə yoluxurdular. Eynilə, Misirdəki körpələrin əksəriyyəti zəhərli qidaların səbəb olduğu ayaqişləmədən və bu kimi xəstəliklərdən ölürdülər.

 İsraillilər isə Allahın qanununda verilən göstərişlərə riayət etdikləri üçün başqa xalqlardan daha sağlam idilər.