Yəhyanın yazdığı müjdə 8:12—59

  • Allah İsa barədə şəhadət verir (12—30)

    • İsa dünyanın nurudur (12)

  • İbrahimin övladları (31—41)

    • «Həqiqət sizi azad edəcək» (32)

  • İblisin övladları (42—47)

  • İsa və İbrahim (48—59)

8  12  İsa yenidən onlara dedi: «Mən dünyanın nuruyam.+ Mənim ardımca gələn əsla qaranlıqda yeriməyəcək. O, həyat nuruna sahib olacaq».+ 13  Fərisilər ona dedilər: «Sən özün-özünə şəhadət edirsən, sənin şəhadətin doğru deyil». 14  İsa onlara cavab verdi: «Mən özüm-özümə şəhadət etsəm də, mənim şəhadətim doğrudur. Çünki mən haradan gəldiyimi və hara gedəcəyimi bilirəm.+ Siz isə mənim haradan gəldiyimi və hara gedəcəyimi bilmirsiniz. 15  Siz insan meyarı ilə mühakimə edirsiniz,+ mən isə heç kəsi mühakimə etmirəm. 16  Mühakimə etsəm də, mənim kəsdiyim hökm doğrudur, çünki mən tək deyiləm, məni göndərən Atam mənimlədir.+ 17  Bundan əlavə, sizin Qanunda da yazılıb: “İki nəfərin şəhadəti doğrudur”.+ 18  Mən özüm də özüm haqda şəhadət edirəm, məni göndərmiş Ata da mənim haqqımda şəhadət edir».+ 19  Onlar İsaya dedilər: «Sənin Atan haradadır?» İsa cavab verdi: «Siz nə məni tanıyırsınız, nə də Atamı.+ Məni tanısaydınız, Atamı da tanıyardınız».+ 20  İsa bu sözləri məbəddə, xəzinə qabları olan yerdə+ vəz edərkən söyləmişdi. Ancaq heç kəs onu tutmadı, çünki onun vaxtı hələ gəlməmişdi.+ 21  İsa sözünə davam etdi: «Mən çıxıb gedirəm. Siz məni axtaracaqsınız, bununla belə, öz günahınız içində öləcəksiniz.+ Siz getdiyim yerə gələ bilməzsiniz».+ 22  Onda yəhudilər dedilər: «Bəlkə, bu, özünü öldürmək istəyir? Bir görün nə deyir: “Siz getdiyim yerə gələ bilməzsiniz”». 23  İsa onlara dedi: «Siz aşağıdakı aləmdənsiniz, mən isə yuxarıdakı aləmdənəm.+ Siz bu dünyadansınız, mən isə bu dünyadan deyiləm. 24  Buna görə də sizə: “Günahınız içində öləcəksiniz”, — dedim. Çünki əgər siz inanmasanız ki, mən oyam, günahınız içində öləcəksiniz». 25  Onlar İsadan soruşdular: «Sən kimsən?» İsa cavab verdi: «Yəni bütün dediklərim hədər getdi? 26  Sizə deyiləsi çox sözüm var, çox məsələ ilə bağlı hökm kəsməliyəm. Məni göndərən haqdır. Mən Ondan eşitdiklərimi dünyaya danışıram».+ 27  Onlar İsanın səmavi Ata haqqında danışdığını başa düşmədilər. 28  Sonra İsa dedi: «Siz insan Oğlunu yuxarı qaldıranda+ mənim o şəxs olduğumu+ və özümdən heç bir şey etmədiyimi biləcəksiniz.+ Ata mənə nə öyrədibsə, mən də onu danışıram. 29  Məni göndərən mənimlədir. O, məni tək qoymayıb, çünki mən həmişə Onun bəyəndiyi işləri görürəm».+ 30  İsa bunları deyərkən xeyli adam ona iman etdi. 31  İsa ona iman gətirmiş yəhudilərə dedi: «Əgər mənim sözlərimə daima əməl etsəniz, deməli, siz, həqiqətən, mənim şagirdlərimsiniz. 32  Siz həqiqəti dərk edəcəksiniz+ və həqiqət sizi azad edəcək».+ 33  Onlar dedilər: «Biz İbrahimin övladlarıyıq, heç vaxt heç kəsin köləsi olmamışıq. Necə yəni “siz azad olacaqsınız”?» 34  İsa cavab verdi: «Eşidin və agah olun, günah işləyən hər bir adam günahın köləsidir.+ 35  Nökər evdə həmişəlik qalmır. Oğul həmişəlik qalır. 36  Əgər Oğul sizi azad etsə, siz, həqiqətən də, azad olacaqsınız. 37  Mən bilirəm ki, siz İbrahimin övladlarısınız. Ancaq siz məni öldürmək istəyirsiniz, çünki mənim sözlərim sizə kar etmir. 38  Mən Atamın yanında olarkən gördüklərimi+ sizə danışıram, siz isə öz atanızdan eşitdiklərinizi edirsiniz». 39  Onlar cavab verdilər: «Bizim atamız İbrahimdir». İsa dedi: «Siz İbrahimin övladları+ olsaydınız, İbrahimin gördüyü işləri görərdiniz. 40  Siz isə indi məni, Allahdan eşitdiyi həqiqəti sizə söyləyən adamı öldürmək istəyirsiniz.+ İbrahim belə iş görməmişdi. 41  Siz atanızın gördüyü işləri görürsünüz». Onlar dedilər: «Biz bic doğulmamışıq. Bizim bir Atamız var, o da Allahdır». 42  İsa onlara dedi: «Sizin Atanız Allah olsaydı, siz məni sevərdiniz,+ çünki mən Allahdan gəlmişəm və indi buradayam. Mən özbaşına gəlməmişəm, məni O göndərib.+ 43  Nə üçün mənim dediklərimi başa düşmürsünüz? Çünki sözlərimi dinləyə bilmirsiniz. 44  Sizin atanız İblisdir və siz atanızın arzularını həyata keçirmək istəyirsiniz.+ O, əzəldən qatildir. O, həqiqətə bağlı qalmadı,+ çünki onda həqiqət yoxdur. O, öz təbiətinə xas olaraq yalan danışır, çünki o, yalançıdır və yalanın atasıdır.+ 45  Mən isə həqiqəti danışdığım üçün siz mənə inanmırsınız. 46  Hansı biriniz məni günah iş görməkdə təqsirləndirə bilər? Əgər həqiqəti danışıramsa, niyə mənə inanmırsınız? 47  Allah bəndəsi Allahın sözünə qulaq asır.+ Siz isə Allah bəndəsi olmadığınız üçün mənə qulaq asmırsınız».+ 48  Onda yəhudilər dedilər: «Düz deyirik də! Sən səməriyyəlisən,+ özü də içində cin oturub».+ 49  İsa cavab verdi: «Məndə cin yoxdur. Mən Atama ehtiram bəsləyirəm. Siz isə mənə hörmət qoymursunuz. 50  Mən özümü şərəfləndirmək istəmirəm.+ Məni şərəfləndirmək istəyən var. O həm də Hakimdir. 51  Bilin və agah olun, mənim sözümə əməl edən adama ölüm yoxdur».+ 52  Yəhudilər dedilər: «Doğrudan da, səhv etməmişik. Səndə cin var. İbrahim də, peyğəmbərlər də ölüblər, sən isə deyirsən ki: “Mənim sözümə əməl edən adam heç vaxt ölməyəcək”. 53  Məgər sən vəfat etmiş atamız İbrahimdən böyüksən? Peyğəmbərlər də ölüblər. Sən özünü kim hesab edirsən?» 54  İsa cavab verdi: «Əgər mən özümü şərəfləndirsəydim, onda bu şərəf heç nə olardı. Məni şərəfləndirən Atamdır.+ Siz Onu öz Allahınız sanırsınız. 55  Amma Onu qətiyyən tanımırsınız,+ mən isə Onu tanıyıram.+ Əgər mən desəydim ki, Onu tanımıram, sizin kimi yalançı olardım. Ancaq mən Onu tanıyıram və Onun sözünə əməl edirəm. 56  Atanız İbrahim mənim günümü görəcəyi üçün çox sevinirdi. O, mənim günümü gördü və şadlandı».+ 57  Onda yəhudilər dedilər: «Sənin heç əlli yaşın da yoxdur, sən İbrahimi görmüsən?!» 58  İsa dedi: «Bilin və agah olun, İbrahim doğulmazdan əvvəl mən var idim».+ 59  Onlar daş götürüb onu daşlamaq istədilər. Ancaq İsa gizləndi və məbəddən çıxdı.

Haşiyələr