Kontentə keç

Mündəricatı göstər

DƏRS 02

Müqəddəs Kitab gözəl gələcək vəd edir

Müqəddəs Kitab gözəl gələcək vəd edir

Bu dünyada dərdsiz adam yoxdur. Hərə bir problemə görə məyus olur, narahatlıq keçirir, ağrı-acı çəkir. Nə vaxtsa bu hissləri yaşamısınız? Ola bilsin, xəstəlik ucbatından, yaxud doğma insanı itirdiyinizə görə əzab çəkirsiniz. Bəlkə də düşünürsünüz: «Görəsən, nə vaxtsa xoş gün görəcəyəm?» Müqəddəs Kitabın bu suala verdiyi cavab sizə təsəlli olacaq.

1. Müqəddəs Kitab gələcəklə bağlı hansı ümidi verir?

Müqəddəs Kitabda bu dünyanın nəyə görə əzablarla dolu olduğu izah olunur. Bununla yanaşı, bu kitabda əzabların müvəqqəti olduğu, tezliklə onlara son qoyulacağı barədə müjdə yazılıb. Müqəddəs Kitabdakı vədlər «sizə gözəl gələcək, ümid» bəxş edə bilər. (Ərəmya 29:11, 12 ayələrini oxuyun.) Bu vədlər bizə indiki həyatın problemlərinə dözməyə, nikbin olmağa kömək edir. Həmçinin əbədiyyən xoşbəxt yaşayacağımıza ümid verir.

2. Müqəddəs Kitab gələcəyi necə təsvir edir?

Müqəddəs Kitabda deyilir ki, gələcəkdə «ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq». (Vəhy 21:4 ayəsini oxuyun.) Bu gün yoxsulluq, ədalətsizlik, xəstəlik və ölüm ucbatından gələcəyə ümidlə baxmaq çətindir. Amma gələcəkdə bütün bu problemlərin izi-tozu da qalmayacaq. Müqəddəs Kitabda vəd edilir ki, gələcəkdə yer üzü cənnət olacaq və insanlar orada əbədiyyən firavan ömür sürəcəklər.

3. Müqəddəs Kitabdakı bu vədlərin yerinə yetəcəyinə necə əmin ola bilərsiniz?

Çoxları gələcəyə ümidlə baxsa da, ümidlərinin nə vaxtsa gerçəkləşəcəyinə əmin deyillər. Amma Müqəddəs Kitabdakı vədlər mütləq yerinə yetəcək. Bu vədlərə etibar etmək üçün «Müqəddəs Yazıları... diqqətlə» araşdırmaq gərəkdir (Həvarilərin işləri 17:11). Müqəddəs Kitabı araşdırdıqca özünüz görəcəksiniz ki, gələcəklə bağlı deyilənlərə etibar etmək olar, ya yox.

D Ə R İ N L İ Y Ə  V A R I N

Müqəddəs Kitabın gələcəklə bağlı bəzi vədləri ilə tanış olun. Görün gələcəyə ümid bu gün insanlara necə kömək edir.

4. Müqəddəs Kitab əbədi, dərd-sərsiz həyat vəd edir

Aşağıda Müqəddəs Kitabdan gətirilmiş vədlərə nəzər salın. Hansı vədin yerinə yetməsini lap çox istəyərdiniz? Nə üçün?

Vədlərin qarşısındakı ayələri oxuyun və növbəti suallara cavab verin:

  • Bu ayələr sizdə ümid yaratdı? Ailənizə və dostlarınıza da ümid verə bilər?

Gələcəkdəki həyatı bir təsəvvür edin:

HEÇ KƏS...

HƏR KƏS...

  • ağrı-acı çəkməyəcək, qocalmayacaq, ölməyəcək (Əşiya 25:8).

  • ölən əzizinin yer üzündə həyata qayıtdığını görəcək (Yəhya 5:28, 29).

  • mənfi fikirlərdən, pis xatirələrdən əzab çəkməyəcək (Əşiya 65:17).

  • əbədiyyən gözəl şəraitdə yaşayacaq (Zəbur 37:29).

5. Müqəddəs Kitabdakı vədlər insanların həyatını yaxşılığa doğru dəyişir

Əksər insanlar həyatın çətinliklərindən təngə gəlir, bəzilərində isə bu, qəzəb oyadır. Kimlərsə dünyanı dəyişmək üçün mübarizəyə qalxır. Görün Müqəddəs Kitabın gözəl gələcəklə bağlı vədi insanlara bu gün necə kömək edir. VİDEOYA baxın və növbəti sualları müzakirə edin.

  • Rafikanı hansı ədalətsizlik incidirdi?

  • Bu ədalətsizlik aradan qalxmasa da, Müqəddəs Kitab ona necə kömək etdi?

Müqəddəs Kitabın gələcəklə bağlı vədləri bizə ruhdan düşməməyə və problemlər qarşısında sevincimizi itirməməyə kömək edir. Məsəllər 17:22 Romalılara 12:12 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Müqəddəs Kitabdakı vədlər bu gün sizin həyatınızı yaxşılığa doğru dəyişə bilər? Nəyə görə belə düşünürsünüz?

BƏZİ İNSANLAR DEYİR: «Müqəddəs Kitabdakı vədlər boş xülyadan başqa bir şey deyil».

  • Sizcə, bu vədlərin yerinə yetməsi ilə bağlı sübutları araşdırmaq nəyə görə vacibdir?

İCMAL

Müqəddəs Kitabda gələcəkdə həyatın gözəl olacağına dair çoxlu vədlər var. Bu bizə ümid verir və indidən həyatımıza rəng qatır.

Təkrar

  • Nəyə görə insanların Müqəddəs Kitabdakı vədləri bilməyə ehtiyacı var?

  • Müqəddəs Kitabda gələcəklə bağlı nə deyilir?

  • Gələcəyə dair ümid sizə indidən necə kömək edə bilər?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Xroniki xəstəliyi olan adama görün gələcəyə olan ümidi necə kömək edir.

«Xroniki xəstəliyi olan adama Müqəddəs Kitabın köməyi dəyə bilərmi?» (internet məqaləsi)

Bu klipə baxarkən özünüzü və ailənizi Müqəddəs Kitabın vəd etdiyi Cənnətdə təsəvvür edin.

«Yeni dövranı gözündə canlandır» (3:37)

İctimai təşkilatın fəal üzvünə Müqəddəs Kitabdakı vədin necə kömək etdiyi barədə oxuyun.

«Daha dünyanı dəyişməli olduğumu düşünmürəm» («Gözətçi qülləsi», 1 iyul 2013)