Kontentə keç

Mündəricatı göstər

Hamını düşündürən sual

Hamını düşündürən sual

Heç vaxt olmadığınız bir yerə səyahət etmək istəsəydiniz, nə edərdiniz?

  1. 1) Doğru bildiyiniz istiqamətdə hərəkət edərdiniz.

  2. 2) Başqalarının yolu tanıdığına ümid edib onların ardınca gedərdiniz.

  3. 3) GPS-ə, xəritəyə baxardınız, yaxud yolu tanıyan dostunuza üz tutardınız.

Əgər birinci və ya ikinci variantı seçsəniz, sözsüz, harasa gedib çatacaqsınız, amma istədiyiniz yerə çatacağınız dəqiq deyil. İşdir, üçüncü variantı seçsəniz, mütləq istədiyiniz yerə çatacaqsınız.

Həyatımız sanki bir səyahətdir. Biz bu səyahətə xoşbəxt gələcək qazanmaq ümidi ilə çıxmışıq. Onu qazanmaq üçün qərar verərkən hara üz tutduğumuza fikir verməliyik.

Düzdür, verdiyimiz əksər qərarlar az əhəmiyyətlidir, amma elə qərarlar da var ki, olduqca önəmlidir. Bu cür qərarlar bizim baxışlarımızı, dəyərlərimizi əks etdirir. Onların bizə və yaxınlarımıza uzun müddət ya yaxşı, ya da pis təsiri ola bilər. Söhbət aşağıdakı məsələlərlə bağlı qərarlardan gedir:

  • cinsi münasibət və nikah

  • dürüstlük, iş və pul

  • övlad tərbiyəsi

  • insanlarla münasibət

Bu sahələrdə verdiyiniz qərarların sizə və ailənizə xoşbəxtlik gətirəcəyini haradan bilə bilərsiniz?

Bu sual hamımıza maraqlıdır: Düzgün qərar vermək üçün hara üz tutum?

Jurnalın bu sayında öyrənəcəksiniz ki, Müqəddəs Kitab nəyə görə etibarlı bələdçidir və sizə həyatın hansı sahələrində kömək edə bilər.