Kontentə keç

Siz Amerika təriqətisiniz?

Siz Amerika təriqətisiniz?

 Bizim ümumdünya baş idarəmiz Amerika Birləşmiş Ştatlarında yerləşsə də, növbəti səbəblərə görə bizi Amerika təriqəti adlandırmaq olmaz:

  •   Yehovanın Şahidləri hansısa hakim dindən ayrılmış bir qurum deyil. Əslində, biz birinci əsrdə yaşamış və tək Allaha ibadət edən İsa peyğəmbərin davamçılarının yolu ilə gedirik.

  •   Yehovanın Şahidləri 230-dan çox ölkə və ərazidə fəaliyyət göstərir. Yaşadığımız yerdən asılı olmayaraq, biz özümüzü ABŞ və ya hər hansı digər insan hökumətinə deyil, Yaradanımız Yehova Allaha təslim edirik (İncil, Yəhya 15:19; 17:15, 16).

  •   Bütün inanclarımız Birləşmiş Ştatlardakı hansısa dini liderin fikirlərinə yox, sırf Müqəddəs Yazılara əsaslanır (İncil, 1 Salonikililərə 2:13).

  •   Biz hansısa insan rəhbərinin deyil, İsa peyğəmbərin yolu ilə gedirik.