Kontentə keç

Sizdə qadınlar təbliğ edir?

Sizdə qadınlar təbliğ edir?

 Bəli. Bir neçə milyon qadın da daxil olmaqla, Yehovanın Şahidlərinin hamısı təbliğ edir. Müqəddəs Kitabda peyğəmbərlik edildiyi kimi, «bir alay qadın... müjdə paylayır» (Məzmur 68:11).

 Yehovanın Şahidi olan qadınlar Müqəddəs Kitabdakı qadınların nümunələrini izləyirlər (Süleymanın məsəlləri 31:10—31). Onlar yığıncaq daxilində başçılıq etmək iddiasında deyillər, bununla belə, müjdəçilik işində fəal iştirak edirlər. Onlar həmçinin Müqəddəs Kitab prinsiplərini uşaqlarına aşılayırlar (Süleymanın məsəlləri 1:8). Onlar söz və əməlləri ilə başqalarına müsbət təsir göstərmək üçün səylə çalışırlar (Titusa 2:3—5).