Kontentə keç

Sizin hərəkatın əsasını kim qoyub?

Sizin hərəkatın əsasını kim qoyub?

 Yehovanın Şahidlərinin müasir tarixinin başlanğıcı XIX əsrin sonlarına təsadüf edir. Həmin dövrdə Pitsburqda (Pensilvaniya, ABŞ) kiçik bir qrup müntəzəm surətdə Müqəddəs Yazıları araşdırmağa başlamışdır. Onlar kilsələrin və digər dinlərin təlimlərini Müqəddəs Yazılarda deyilənlərlə müqayisə edirdilər. Apardıqları araşdırmaların nəticələrini kitablarda, qəzetlərdə və hal-hazırda «Gözətçi qülləsi» adlanan jurnalında dərc etməyə başlamışlar.

 Sadə və səmimi insanlardan təşkil edilən həmin qrupun üzvləri arasında Çarlz Teyz Rassel adlı bir nəfər də var idi. Ç. Rassel Müqəddəs Yazılar üzrə maarifləndirmə işində rəhbərliyi öz üzərinə götürsə də və «Gözətçi qülləsi» jurnalının ilk redaktoru olsa da, o, hansısa yeni dinin təməlini qoymamışdı. Ç. Rassel və o vaxt Müqəddəs Kitab Tədqiqatçıları kimi tanınan qrupun digər üzvləri Müqəddəs Yazılardan həqiqətləri insanlara çatdırır və b.e. I əsrdə yaşayan İsa peyğəmbərin davamçılarının nümunəsindən bəhrələnərək Allaha ibadət edirdilər. Tək Allahın qulu və elçisi İsa Məsih sahib olduğumuz imanın təməlini qoyduğu üçün, onun (İsa Məsihin) təşkilatımızın banisi olduğunu hesab edirik (İncil, Koloslulara 1:18—20).