Kontentə keç

Paltaryuyan maşının altında kağızlar

Paltaryuyan maşının altında kağızlar

 Rusiyadan Mərkəzi Asiyada yurduna qayıdan Zarina Yehovanın Şahidi kimi vəftiz olunduqdan sonra qərar verdi ki, iki qızını imanda böyütsün. Maddi vəziyyəti ucbatından o, valideynləri, qardaşı və onun yoldaşı ilə birlikdə bir otaqlı evdə yaşayırdı. Valideynləri ona uşaqlarına Müqəddəs Kitab həqiqətlərini öyrətməyə mane olurdular. Onlar həmçinin onun qızlarına tapşırırdılar ki, anaları ilə Müqəddəs Kitab haqda danışmasınlar.

 Zarina qızlarının Yehova haqda öyrənmələri üçün onlara necə kömək edə biləcəyi haqda çox düşünürdü (Məsəllər 1:8). Ona görə də o, Yehovaya hərarətlə dua edirdi, Ondan rəhbərlik və hikmət istəyirdi. Zarina dualarına uyğun davranırdı. O, qızları ilə gəzməyə gedirdi və yaradılış möcüzələri haqda onlarla söhbət edirdi. Bu qısa gəzintilər qızlarının Yaradana qarşı maraqlarının artmasına kömək edirdi.

 Daha sonra Zarina başqa bir metod fikirləşdi. O, «Müqəddəs Kitab əslində nə öyrədir?» a kitabını istifadə edərək qızlarının marağını artırdı. O, bu kitabdan abzasları və sualları kağızların üzərinə sözbəsöz yazırdı. O, həmçinin bir neçə cümlə də əlavə edirdi ki, qızları məlumatı daha yaxşı başa düşə bilsinlər. Sonra o, bu kağızları bir qələmlə hamam otağında paltaryuyan maşının altında gizlədirdi. Qızları otaqda olanda onlar abzasları oxuyur və aşağısına öz cavablarını yazırdılar.

 Bu metoddan istifadə edərək Zarina qızları ilə başqa yerə köçməzdən əvvəl bu kitabdan iki fəsil araşdırmağa müvəffəq oldu. Burada o, qızlarını heç bir müdaxilə olmadan sərbəst şəkildə böyüdə bildi. 2016-cı ilin oktyabr ayında qızlarının ikisi də vəftiz olundu. Nə yaxşı ki, anaları onları ruhani cəhətdən qidalandırmaq üçün hikmətli və ehtiyatlı davrandı.

a Hal-hazırda əksər insanlar «Əbədi xoşbəxt həyat!» kitabından istifadə edir.