Kontentə keç

Onlar kömək etmək üçün dayandılar

Onlar kömək etmək üçün dayandılar

 Bob Kanadanın Alberta şəhərində küləkli, soyuq bir gündə saatda təxminən 100 kilometr sürətlə maşın sürürdü. Bu zaman onun furqonunun sol tərəfindəki arxa şin birdən partladı. Əvvəl-əvvəl Bob nə baş verdiyini anlamadı və evinə qalan beş kilometr yolu sürməyi qərara aldı.

 Sonra baş verənləri Bob Yehovanın Şahidlərinin yerli ibadət evinə ünvanlanmış məktubunda yazır: «İçində beş gənc olan bir maşın düz yanımda durdu. Onlar pəncərəni aşağı saldı və mənə şinin partladığını dedilər. Biz maşınları kənara çəkdik və onlar şini dəyişməyi təklif etdilər. Ehtiyat şinin və ya furqonu qaldırmaq üçün domkratın olub-olmadığını da bilmirdim. Yol kənarında əlil arabasında oturduğum müddətdə onlar furqonun altına girdilər, ehtiyat şin və domkrat tapıb şini dəyişdilər. Hava şaxtalıydı və qar yağırdı. Onlar gözəl paltarda idilər, amma işlərini gördülər və məni yola saldılar. Mən tək başına bunu edə bilməzdim».

 «Mənə kömək edən bu beş gənc Yehovanın Şahidinə çox minnətdaram. Onların həmin vaxt yolda olmalarının səbəbi insanların evlərinə gedib xoş xəbəri təbliğ etmələri idi. Bu gənclər təbliğ etdiklərinə tamamilə uyğun davranırlar. Əgər onlar mənə kömək etməsəydilər, bu mənim üçün çox uzun və çətin vəziyyət olacaqdı. Etdikləri köməyə görə onlara ürəkdən təşəkkür edirəm. Kim bilə bilərdi ki, həmin gün yolda belə gənc mələklər olacaqdı?»