Kontentə keç

Keşiş suallarına cavab tapır

Keşiş suallarına cavab tapır

 Bir gün Yehovanın Şahidi olan Eliso bir qadınla Müqəddəs Kitab dərsi keçirdi. Gözlənilmədən qadının evinə qonaq gəldi. Qonaq keşişlə arvadı idi. Eliso öyrəndi ki, bu yaxınlarda onların yeganə övladı olan oğlu vəfat edib.

 Eliso onlara başsağlığı verəndə keşişlə arvadı hönkür-hönkür ağlamağa başladı. Sonra keşiş qəzəblə soruşdu: «Mən başa düşmürəm, Allah niyə buna yol verdi? O mənim yeganə övladımı necə əlimdən ala bilərdi? Mən 28 ildir Allaha qulluq edirəm, hamıya yaxşılıq edirəm. O da etdiklərimin əvəzini belə verdi? Nəyə görə Allah oğlumu öldürdü?»

 Eliso izah etdi ki, onların oğlunu Allah əllərindən almayıb. Həmçinin onlarla fidyə, dirilmə və Allahın əzablara yol verməsinin səbəbləri barədə söhbət etdi. Həm keşiş, həm də arvadı dedi ki, dua edib bu sualları Allaha verirdilər, Eliso da onların suallarına cavab verdi.

 Növbəti həftə keşişlə arvadı yenidən maraqlanan qadının evinə gəlib Müqəddəs Kitab dərsinə qoşuldular. Eliso «Müqəddəs Kitab əslində nə öyrədir?» nəşrinin «Ölən əzizlərimiz üçün həqiqi ümid» adlı fəslini araşdırırdı. Keşişlə arvadı böyük həvəslə müzakirədə iştirak edirdilər.

 Onların hər ikisi Yehovanın Şahidlərinin Tbilisidə (Gürcüstan) keçirilən xüsusi toplantısına gəldi. Orada gördükləri qeyri-adi məhəbbət və birlik onlara çox güclü təsir etdi. Onlar uzun illər bu keyfiyyətləri öz kilsələrinin üzvlərinə aşılamaq istəsələr də, bunu bacarmamışdılar.