Kontentə keç

Bəhrə gətirən məktublar

Bəhrə gətirən məktublar

 Bruk Birləşmiş Ştatlarda yaşayır. O, Yehovanın Şahididir. COVID-19 pandemiyası zamanı o, məktubla təbliğ edirdi. Hər həftə çoxlu məktublar yazırdı. Amma il yarım sonra məktub yazmaqdan əli soyudu. Çünki bir belə vaxtda cəmi bir nəfər ona cavab yazmışdı. O da demişdi ki, bir də onu narahat eləməsin. Bruk düşünürdü ki, çəkdiyi zəhmət boşdur.

 Bir müddət keçdi. Bankda işləyən Kim adlı başqa bir Yehovanın Şahidi Bruka müştərilərindən biri ilə söhbətini danışdı. Müştəri ona demişdi ki, Yehovanın Şahidindən əl ilə yazılmış bir məktub alıb. Sən demə, o məktub Brukun yazdığı məktub imiş! Növbəti həftə müştəri yenidən banka gəlmişdi. O, Kimlə söhbət edəndə ondan soruşmuşdu ki, video-konfrans əlaqə vasitəsilə keçirilən görüşlərdə iştirak edə bilər, ya yox.

 Bu hadisədən qısa müddət sonra Deyvid adlı başqa Yehovanın Şahidi Bruka deyir ki, iş yoldaşı onun yazdığı məktublardan birini alıb. İş yoldaşına ən çox təsir edən məktubun əl ilə yazılması olmuşdu. O demişdi: «İstərdim belə xoş münasibəti daha çox insan görsün». Deyvid təbliğ etmək imkanından istifadə edib, iş yoldaşına ədəbiyyat gətirəcəyini dedi. O da məmnuniyyətlə razılaşdı.

 Yehovanın Şahidləri başa düşürlər ki, xidmətdə səpdikləri toxumun nə vaxt cücərəcəyini heç də həmişə bilmirlər (Vaiz 11:5, 6). Baş verənlər Bruka xidmətdə gördüyü işlərin dəyərli olduğunu göstərdi (1 Korinflilərə 3:6).