Kontentə keç

Yevgeni Buşev

20 NOYABR 2023
RUSİYA

Yevgeni Buşev qardaş yeddi il həbs cəzasına məhkum edildi

Yevgeni Buşev qardaş yeddi il həbs cəzasına məhkum edildi

7 noyabr 2023-cü il tarixində Çelyabinsk Vilayətinin Kalinin Rayon Məhkəməsi Yevgeni Buşevi təqsirli bilərək yeddi il müddətinə həbsə məhkum etdi. Qardaş elə məhkəmə zalında həbs olundu.

Qardaş barədə məlumat

Daha bir qardaşımızın həbsə göndərildiyinə görə çox kədərləndik. Yehovanın Yevgeni qardaşa və digər bacı-qardaşlara bundan sonra da sığınacaq olacağına əminik (Zəbur 94:22).

Hadisələrin gedişatı

  1. 24 avqust 2022-ci il

    Barəsində cinayət işi açıldı

  2. 8 sentyabr 2022-ci il

    Evində axtarış aparıldı

  3. 9 sentyabr 2022-ci il

    Başqa yerə getməmək barədə iltizam alındı

  4. 20 sentyabr 2023-cü il

    Cinayət işi üzrə məhkəmə icraatı başlandı

  5. 7 noyabr 2023

    Yeddi il müddətinə azadlıqdan məhrum edildi