Kontentə keç

Soldan sağa: Yuri Kolotinski, Mixail Reşetnikov və Anatoli Sarıçev

27 MART 2024
RUSİYA

Onlar qətiyyətli, hazırlıqlı və nikbindirlər

Onlar qətiyyətli, hazırlıqlı və nikbindirlər

Barnaul Şəhərinin Leninski Rayon Məhkəməsi (Altay vilayəti) tezliklə qardaşlarımız Yuri Kolotinski, Mixail Reşetnikov və Anatoli Sarıçevin işi üzrə qərarını elan edəcək. Prokuror onlar üçün istədiyi cəza növünü hələ bildirməyib.

Dindaşlarımız barədə məlumat

Biz müasir dövrdə Yehovaya iman və güvənc nümunələri olan bacı-qardaşlarımıza görə minnətdarıq. Biz əminik ki, Yehovanın məhəbbəti və sədaqəti onlara yar olacaq (Zəbur 25:10).

Hadisələrin gedişatı

  1. 25 may 2021

    Mixail barəsində cinayət işi açılır

  2. 27 may 2021

    Mixailin evində axtarış aparılır. O və Antonina sorğu-suala çəkilir. Mixaildən başqa yerə getməmək barədə iltizam alınır

  3. 6 oktyabr 2022

    Anatoli və Yuri barəsində cinayət işi açılır. Onların işi Mixailin işi ilə bir icraatda birləşdirilir

  4. 7 oktyabr 2022

    Anatoli və Yuridən başqa yerə getməmək barədə iltizam alınır

  5. 19 yanvar 2023

    Cinayət işi üzrə məhkəmə icraatı başlayır