Kontentə keç

Yuxarı sıra (soldan sağa): Nikolay Dixtyar və Andrey Lyaxov

Aşağı sıra (soldan sağa): Yuri Ponomarenko və Oleq Sergeyev

29 MAY 2023
RUSİYA

Müqəddəs Kitab prinsipləri dindaşlarımıza təqiblərə dözməyə kömək edir

Müqəddəs Kitab prinsipləri dindaşlarımıza təqiblərə dözməyə kömək edir

Primoryenin Pojarski Rayon Məhkəməsi tezliklə Nikolay Dixtyar, Andrey Lyaxov, Yuri Ponomarenko və Oleq Sergeyevin işi üzrə qərarını elan edəcək.

Dindaşlarımız barədə məlumat

Əminik ki, Andrey, Nikolay, Oleq və Yuri kimi biz də Müqəddəs Kitab prinsiplərini həyatımıza tətbiq etsək, hər bir yaxşı işə tamamilə hazır olacağıq (2 Timutiyə 3:16, 17).

Hadisələrin gedişatı

  1. 16 iyul 2021-ci il

    Yuri barəsində cinayət işi açılıb. Ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə şübhəli bilinib

  2. 22 iyul 2021-ci il

    Yurinin evində axtarış aparılıb

  3. 24 iyul 2021-ci il

    Yuridən başqa yerə getməmək barədə iltizam alınıb

  4. 1 noyabr 2021-ci il

    Oleqin evində axtarış aparılıb

  5. 2 noyabr 2021-ci il

    Oleqdən başqa yerə getməmək barədə iltizam alınıb

  6. 12 fevral 2022-ci il

    Oleqə qarşı ittiham irəli sürülüb və o, təqsirləndirilən şəxs qismində cinayət işinə əlavə olunub

  7. 14 mart 2022-ci il

    Nikolaya qarşı ittiham irəli sürülüb və o, təqsirləndirilən şəxs qismində cinayət işinə əlavə olunub

  8. 15 mart 2022-ci il

    Andreyə qarşı ittiham irəli sürülüb və o, təqsirləndirilən şəxs qismində cinayət işinə əlavə olunub

  9. 10 avqust 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başlayıb