Kontentə keç

Müqəddəs Kitabda irqlərarası nikahlar haqda nə deyilir?

Müqəddəs Kitabda irqlərarası nikahlar haqda nə deyilir?

Müqəddəs Yazıların cavabı

 Allah fərqli irqlərdən olan kişi ilə qadın arasındakı evliliyə yaxşı yanaşır, çünki irqlərin hamısı Onun gözündə eynidir. Müqəddəs Kitabda deyilir: «[Allah] hər xalqın içində Ondan qorxan... adamı xoşlayır» (Həvarilərin işləri 10:34, 35).

 İrqi bərabərlik və evliliklə bağlı digər Müqəddəs Kitab prinsiplərinə də nəzər salaq.

Bütün irqlər bir kökdən gəlir

 Bütün insanlar ilk insan Adəmdən və onun arvadı olan və Müqəddəs Kitabın «yer üzündə yaşayanların hamısının anası» adlandırdığı Həvvadan törəyib (Yaradılış 3:20). Bu səbəbdən Müqəddəs Kitabda deyilir ki, Allah «bir insandan hər milləti yaratdı» (Həvarilərin işləri 17:26). İrqindən asılı olmayaraq, bütün insanlar bir ailənin üzvüdür. Bəs əgər sizin yaşadığınız ərazidə irqi ayrı-seçkilik adi haldırsa, nə etmək olar?

Müdrik insanlar məsləhətləşər

 Allah irqlərarası nikaha yaxşı yanaşsa da, heç də insanların hamısı Onun fikrinə şərik deyil (Yeşaya 55:8, 9). Əgər siz digər irqdən olan insanla ailə həyatı qurmağı planlaşdırırsınızsa, gələcək həyat yoldaşınızla birgə növbəti sualları müzakirə etməlisiniz:

  •   Cəmiyyət və ya ailə üzvləriniz tərəfindən üzləşəcəyiniz təzyiqlərə necə sinə gərəcəksiniz?

  •   Uşaqlarınıza qərəzli münasibətin öhdəsindən gəlməyə necə kömək edəcəksiniz?

 Məsləhətləşmək sizə xoşbəxt nikaha hazırlaşmağa kömək edəcək (Süleymanın məsəlləri 13:10; 21:5).